Müğənni Günay İbrahimli "Sənə bağlanıram" adlı albomuna və "Hüzur" klipinə təqdimat keçirib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, mərasimdə diskin hazırlandığı, Türkiyədə fəaliyyət göstərən "Kopuz production"ın rəhbəri Uğur Kopuz da iştirak edib.
G.İbrahimli heç vaxt Türkiyə şou-biznesinə qatılmayacağını vurğulayıb:
"Çox gözəl komandam var. İstərdim ki, onlarla işbirliyim uzunmüddətli olsun. Düzdür, müğənni ilə işçiləri arasında hərdən qalmaqallar olur. Mən bunları yaşamaq istəmirəm. Albomum Türkiyədə işıq üzü görə bilər. Amma heç vaxt orada şou-biznesə qatılmayacam".
U.Kopuz isə G.İbrahimli ilə işbirliklərindən məmnunluq duyduğunu bildirib:
"Bir ay Günayın mahnılarına qulaq asdım. Səsi çox gözəldir. Şirkətimdə 25 insan işləyir. Hər gün onun mahnılarını dinləyib, zövq alır".
U.Kopuz T.Hüseynəliyevaya və G.İbrahimliyə qızıl boyunbağı hədiyyə edib.
Milli.Az