Şou-biznes

"Maşın şou"da boz kardinal kimdir?

13 May 2015 00:03
1 Şərh     Baxış: 6 500
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ANS TV-nin efirində yayımlanan "Maşın" realiti-şounu boz kardinal idarə edir.

Milli.Az anspress-ə istinadən bildirir ki, layihənin rəhbəri və aparıcısı Murad Dadaşov belə deyir:

O bildirib: "Dünən Aygün Kazımova və Mehriban Xanlarova arasında yaşananlar, Rəhimlə Kərimin gözlənilmədən əlini maşından çəkməsi təsadüfi deyildi. İştirakçılar buradakı bir nəfər tərəfindən idarə olunur. O boz kardinalın kimliyini mən bilirəm. O kimdirsə, çox taktikalıdır. Onun haqqında bircə onu deyə bilərəm ki, o bu gün heç danışmayıb. Həmin şəxs iştirakçıları gözü ilə idarə edir".

Anar Atakişiyev şouda qalmaq istədiyini dedi: "Getmək istəmirəm, çünki o boz kardinalı tapıb üzə çıxarmaq istəyirəm".

Qeyd edək ki, bu gün iştirakçılar Roza Zərgərlinin şəklini atıblar. Roza Zərgərli qalması üçün səs toplasa, Anar Atakişiyevi çıxaracağını bəyan edib.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.