Stalinin, Rəşid Behbudovun və Əliağa Vahidin sevdiyi qadın - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əslən Şəmkirdən olan Bədirbəylinın atası Ağalar kişi polkovnik olub. Ehtiyata buraxıldıqdan sonra isə hazırda Rabitə Kolleci, o dövrdə isə Energetika Texnikumu adlanan təhsil ocağının direktoru işləyib və 90 yaşında vəfat edib. Anası Bikə xanım isə Şəmkirin Dəllər kəndindəndir.Bu gün Azərbaycan SSR xalq artisti Leyla Bədirbəylinin doğum günüdür. Əfsanəvi aktrisa 1920-ci ilin bu günündə Bakıda dünyaya gəlib
Leylanın uşaqlıq illəri İçərişəhərdə keçib. Sənətə gəlməyində isə anası Bikə xanımın rolu böyükdür.
Bikə xanım Əli Bayramov klubundakı qadınlar dərnəyinə gedir, böyük qızı Leylanı da özüylə aparırmış. Elə buna görə də Leyla Bədirbəyli səhnəyə ilk dəfə Dövlət Filarmoniyasında rəqqasə kimi çıxır. Elə ilk ailəsini də 16 yaşında həmkarı Fərəc Cavanşirovla qurur. Bir il sonra isə oğul anası olur.
Filarmoniyada çalışdığı illərdə "Ayna" və "Bakının işıqları" filmlərində rol alan Bədirbəyli 1941-ci ildə 21 yaşında "Azdrama"ya dəvət olunur. Kinoda iki rolu olsa da, o qədər tanınmayan bu xanımın parlamağında Üzeyir Hacıbəyovun böyük rolu olur. Amma bütün bunlar Leyla xanımın ilk evliliyindən sonraya təsadüf edir.
Leyla Bədirbəylini geniş tamaşaçı auditoriyasına tanıtdıran isə "Arşın mal alan" filmi olur. Rza Təhmasib filmi çəkərkən Gülçöhrə rolu üçün gözəl xarici görünüşə malik qız axtarırmış. Dahi Üzeyir Hacıbəyovun tövsiyəsi ilə Leyla Bədirbəyli Gülçöhrə roluna təsdiq olunur. Hətta bəzən belə iddialar da səsləndirilir ki, gözəllik aşiqi olan Üzeyir bəy Leyla Bədirbəylini bu rola ona olan sonsuz sevgisinə görə tövsiyə edib. Bəzi sənət adamları isə ümumiyyətlə, bu iki şəxs arasında sevgi münasibətlərinin olduğunu bildirirlər. Amma istənilən halda məhz Gülçöhrə rolu Leyla xanımın daha geniş tamaşaçı auditoriyasına tanınmağında böyük rol oynayır. Qeyd edək ki, Leyla xanımın adı bir çox məşhurlarla, o cümlədən Rəşid Behbudov, Əliağa Vahid və İosif Stalinlə də çəkilib.
Aktrisanın ömrünün son illəri isə çox çətin və iztirablı keçir. Əvvəlcə ikinci həyat yoldaşı Kamil Aslanov Ukraynada ağır qəzaya uğrayır və dünyasını dəyişir. Cəmi bir il sonra isə qızı Laləni Bakıda maşın vurur və o da vəfat edir. Məhz bu iki hadisədən sonra Leyla Bədirbəyli günbəgün gözəlliyini itirməyə başlayır. Ardınca isə əsəb xəstəliyinə tutulur. "Azərbaycan gözəli" adlandırılan qadın qısa müddət ərzində elə tanınmaz hala düşür ki, heç kimin onu bu halda görməsini istəmir və heç kimlə görüşmək istəmir.
Yalnız 1999-cu ilin yanvar ayının 1-də mərhum prezident Heydər Əliyev ona "İstiqlal" ordenini verərkən evdən çıxır. Elə həmin ilin noyabr ayının 23-də 79 yaşında dünyasını dəyişir.
Publika.az
Böyütmək üçün şəkillərə klikləyin.



DİGƏR XƏBƏRLƏR
-
Günel Bakıda villa tikdirir - (Foto)
-
"Məclisdə Ramalı görəndə oxumaq istəmirəm"
-
"Avropada müğənnilər məni təkrarlayırlar"
-
Kəmalə Günəşli: "Ərim birini deyirsə, beşini deyirəm, sözlə "döyürəm""
-
Bahar Lətifqızı yatağa düşən doğmasına görə göz yaşı tökdü - (Video)
-
Bu da "Kızılcık Şerbeti"nin ulduzunun 9 milyonluq avtomobili - (Foto)
XƏBƏR LENTİ
-
Günel Bakıda villa tikdirir - (Foto)
-
Prezident İlham Əliyev Almaniya və Rusiya nümayəndələrinin Bakıda gizli görüş keçirməsi barədə məlumatlara münasibət bildirib
-
Zabratda tullantı yığılmış sahədə yanğın başlayıb
-
Messi ən yaxşı seçildi
-
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində dövlət ittihamını müdafiə edən prokurorlar çıxışa başlayıb - (Foto)
-
"Məclisdə Ramalı görəndə oxumaq istəmirəm"
-
Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə Birgə Bəyannamə imzalanıb (TAM MƏTN)
-
"Avropada müğənnilər məni təkrarlayırlar"
-
Fransa millisi Zidana tapşırıldı
-
Nurlan Serqaliyev saxlanıldı
-
MRT otağındakı katalka niyə fərqlidir? - TƏBİB səbəbini açıqladı
-
Süni intellekt hansı sahələrdə inkişaf etdiriləcək? - Rəsmi siyahı
-
DÇ-2026-nın rəmzi komandası açıqlandı
-
"Zirə" "Göztəpə"nin sabiq futbolçusunu transfer etdi
-
Bakının bu küçəsində su dayanmadan axır - Sakinlər narazıdır
-
Kəmalə Günəşli: "Ərim birini deyirsə, beşini deyirəm, sözlə "döyürəm""
-
Azərbaycan iqtisadi baxımdan çox maraqlı perspektivlər təqdim edir - Almaniya Kansleri
-
Prezident İlham Əliyev: Azərbaycanın Almaniyaya ixracının əsas hissəsini xam neft təşkil edir
-
Ezamiyyə vəsiqələri artıq elektron üsulla veriləcək
-
Qubada dəbdəbəli Hindistan toyu - Gəlin azərbaycanlıdır - (Foto)
-
Kansler: Almaniya Azərbaycanla münasibətlərin genişləndirilməsinə ciddi yanaşır
-
Azərbaycan iqtisadi baxımdan Almaniya üçün çox maraqlı perspektivlər təqdim edir - Merts
-
Kansler: Almaniyanın və Azərbaycanın iqtisadi maraqları böyük müharibələrin təsirinə məruz qalıb
-
Bahar Lətifqızı yatağa düşən doğmasına görə göz yaşı tökdü - (Video)





