Əslən Şəmkirdən olan Bədirbəylinın atası Ağalar kişi polkovnik olub. Ehtiyata buraxıldıqdan sonra isə hazırda Rabitə Kolleci, o dövrdə isə Energetika Texnikumu adlanan təhsil ocağının direktoru işləyib və 90 yaşında vəfat edib. Anası Bikə xanım isə Şəmkirin Dəllər kəndindəndir.Bu gün Azərbaycan SSR xalq artisti Leyla Bədirbəylinin doğum günüdür. Əfsanəvi aktrisa 1920-ci ilin bu günündə Bakıda dünyaya gəlib


