Ulvira: "İlqar Mikayıloğlu kişilərə söz ata bilmir, gücü qadına çatır" - QALMAQAL - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Başlayaq əvvəldən. Milli.Az-ın tabloid.az-a istinadən xəbərinə görə, Ulvira xanımın üzünun göyərdilməsi, bununla Azərbaycanda, xüsusilə, bölgələrdə qadınlara qarşı zorakılıq məsələsinə diqqəti artırması xanım aparıcının başına bəla olub. Ulvira xanım ailədaxili olmasa da, sosial şəbəkədə həmkarı İlqar Mikayıloğlunun zorakılığı ilə qarşılaşıb.ANS telekanalının keçmiş əməkdaşı İlqar Mikayıloğlu ilə ANS-in hazırkı əməkdaşı Ulvira Qarayeva arasında qalmaqal böyüyür. Qalmaqalın yaranmasına səbəb isə birincinin ikinciyə söz atması və onu alçaltması olub. Lakin xəbər bununla bitmir...
Məhz aparıcının üzü qrimli şəklinin altına eks ANS-çi "Ulviranın çox ucuz piarı" şərhini yazıb.
"Səni bura dəvət edən olub? Haydı, öz qapına" sözlərini xanım Qarayeva həmkarına cavab olaraq yazıb.
Məsələyə İlqar Mikayıloğlunun həyat yoldaşı, hüquqşünas Zülfiyyə Bayramova da münasibət bildirib. O, "Bu xəbəri oxumadım, çünki naşı qrim olunub. Adətən o cür qançır üzdə olarsa, mütləq göz ətrafına yayılmalı və şişməli idi. Bu variant alınmadı" sözlərini əlavə edib.
Ulvira Qarayeva isə ümumiyyətlə Zülfiyyə Bayramovaya cavab verməyib. Və onun sözlərini saymazdan gəlib.
Hadisə bununla bitməyib. Hirsi soyumayan xanım aparıcı ad çəkməsə də, həmkarına status həsr edib:
"Beləsinə nə deyəsən? Başın girməyən işə kasad mənliyini niyə soxursan? Axı dedilər ki, get tapdığın yağlı qapıya!"
Məsələ ilə bağlı xanım aparıcının fikirlərini öyrəndik. Əvvəllər eyni telekanalda çalışan iki həmkar nəyi bölüşə bilmir?
Sualımızı Ulvira xanım belə cavablandırıb:
"Eyni şirkətdə çalışmışıq. Aramızda heç vaxt münaqişə, söz savaşı olmayıb. Salam-sağ ol münasibətimiz olub. Nə dost olmuşuq, nə də düşmən. Bu yazıdan sonra onu bloka atmışam. Heç mənim dostluğumda da olmayıb. Ona təəccüblənirəm ki, dostluğumda olmayan biri profilimi niyə eşir? Durduğu yerdə mənə söz atır. Yəqin kişilərə söz ata bilmir. Gücü qadına çatır", - deyə fikir bildirib.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.


DİGƏR XƏBƏRLƏR
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
XƏBƏR LENTİ
-
Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi





