Başlayaq əvvəldən. Milli.Az-ın tabloid.az-a istinadən xəbərinə görə, Ulvira xanımın üzünun göyərdilməsi, bununla Azərbaycanda, xüsusilə, bölgələrdə qadınlara qarşı zorakılıq məsələsinə diqqəti artırması xanım aparıcının başına bəla olub. Ulvira xanım ailədaxili olmasa da, sosial şəbəkədə həmkarı İlqar Mikayıloğlunun zorakılığı ilə qarşılaşıb.ANS telekanalının keçmiş əməkdaşı İlqar Mikayıloğlu ilə ANS-in hazırkı əməkdaşı Ulvira Qarayeva arasında qalmaqal böyüyür. Qalmaqalın yaranmasına səbəb isə birincinin ikinciyə söz atması və onu alçaltması olub. Lakin xəbər bununla bitmir...