Şou-biznes

Restoran sahibi: "Məşhur təşkilatçı yeyib-içib, hesabı ödəmədən getdi"

13 Oktyabr 2014 20:20
5 Şərh     Baxış: 2 867
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycanda yerli və xarici müğənnilərin, əsasən də türk müğənnilərin konsertlərini təşkil edən məşhur prodüser və təşkilatçı Nahid Emiloğlu Bakıdakı restoranların birində yeyib-içdikdən sonra hesabı ödəmədən restoranı tərk edib.

Milli.Az xəbər verir ki, restoranın sahibi Bəxtiyar Vəliyevin ucnoqta.az-a bildirdiyinə görə, məşhur təşkilatçı-prodüser ona məxsus olan, Bakı Dairəvi Yolunda yerləşən "Qəbələ-Botanika" restoranında 3 nəfərlə birlikdə yeyib-içib, daha sonra 167 AZN-lik hesabı ödəmədən restoranı tərk edib. O bildirib ki, hesabı sonra ödəyəcək. Amma bundan xeyli vaxt keçməsinə baxmayaraq təşkilatçı hər dəfə müxtəlif bəhanələrlə hesabı ödəməkdən boyun qaçırıb. Restoran sahibinin bildirdiyinə görə, pulu vermək istəməyən Nahid Emiloğlu artıq onların zənglərinə də cavab vermir.

Qeyd edək ki, məsələyə münasibətini öyrənmək üçün Nahid Emiloğluya zəng vurulsa da o, zəngə cavab verməyib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.