Şou-biznes

Nailə Mirməmmədli: «Nadir Əzimov kimdir ki, ona hesabat verim»

16 Fevral 2010 10:19
Baxış: 1 133
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
O, N.Əzimovun ittihamlarını əsassız sayir.

Xatırladaq ki, bir neçə il öncə "Unutuldum" mahnısının nəqarətinin Nailə xanım tərəfindən oğurlandığını iddia edən Nadir Əzimov canlı efirdə bu fikirlərini yenə gündəmə gətirib. O, bildirib ki, həyat yoldaşı Hikmət Mirməmmədli dünyasını dəyişəndən bəri Nailə xanımın hit mahnısı yazılmayıb. Onun bu açıqlaması müxtəlif versiyalara yozularaq, tamaşaçıda, Nailə xanımın bundan əvvəlki mahnılarının Hikmət bəy tərəfindən yazıldığı fikrini aşılayıb. Eyin zamanda o, xanım həmkarının ixtisasının bəstəkarlıq olmadığını önə çəkərək, xor və dirijorluq təhsili aldığını bildirib:

"Adi etika qaydalarından danışmaq istərdim. Əgər mən o verilişdə yoxamsa, adımın müzakirəyə çıxarılması düzgün deyil. Mən Nadir Əzimov üçün uşaq deyiləm, dövlət başçısının imzası ilə əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşəm. Əgər o mənim ixtisasıma şübhə ilə yanaşırsa, deməli fəxri adı da heçə sayır. Çox heyifslənirəm, kaş verilişdən əvvəl Dilarə xanımla əlaqə yaradıb, fikrilərimi ona çatdırardım. O da nə deyəcəyini bilərdi".

Hikmət Mirməmmədlinin ölümündən sonra hitə çevrilən mahnısının yazılmadığı fikrinə aydınlıq gətirən Nailə xanım kişi həmkarının yaddaşını təzələməyə çağırdı.

"Hikmətin hələ 40 mərasimi çıxmamışdı, mən ona "Məhəbbət hekayəti" adlı mahnı həsr etdim. Bu günə qədər həmin bəstə aktullağını itirməyib. Əgər o idda edirsə ki, Hikmət mahnı yazıb mənə veriridi, onun bu iddasını bundan sonra yazılan mahnılarımla alt-üst etmək istəyirəm. Daha sonra mənim Röyanın ifasında "Gəl, ömrümə qayıt", "Ağlama" və s. mahnılar yarandı. Aşığın sözü qutaranda "nanay-nanay" deyir", - deyə N.Mirməmmədli bildirdi.

Nailə xanımın əlavəsinə görə, bu intriqanı yaradan məhz Nadir Əzimov olub. İlk o, efirə üz tutaraq, mahnı olayını ortaya atıb:

"İxtisasıma gəlincə, kimin şübhəsi varsa, tanış ola bilər. Bülbül adına orta ixtisas məktəbinin iki qırmızı diplomunu, Pedaqoji Universitetin xor-dirijorluq fakültəsinin diplomunu almışam. Daha sonra mən Konservatoriyaya daxil  oldum və oranı da qırmızı diplomla bitirdim. Orada Tofiq Quliyevin tələbəsi olmuşam və bəstəkarlıq sənətinə yiyələnmişəm. Tofiq müəllim məhz mən tələbəsi haqqında AzTV-nin "Gün səhər" verilişində danışdıqları bu günə qədər arxivimdədir. Bunlar tamaşaçıya aydın olsun deyə, sadalayıram. Nadir Əzimov kimdir ki, mən ona hesabat verim. Mənə fəxri ad peşəkar bəstəkar olduğuma görə verilib".

Nailə xanımın fikrincə, Nadir Əzimov bu cür çıxışları ilə özünə deyil, xanım həmkarına reklam qazandırır.

"Çoxları mənim xor-dirijorluq fakültəsini də bitirdiyimi bilmirdilər. Nadir Əzimovun sayəsində bunu öyrəndilər. Nadir Əzimov suyu hələ 2006-cı ildən bulandırmağa çalışır. Bilsəm ki, nə istəyir, nəyi bölüşə bilmir, buna da aydınlıq gətirirəm. Onun da diplomuna baxsınlar, görsünlər nə yazılıb. Oturub bir mahnısını özü çalıb, oxusun. Görüm bəstəkar kimi özü-özünü təqdim edə bilir, yoxsa yox. Sonra başqası haqqında danışsın"-deyə xanım Mirməmmədli qeyd edib.


Xədicə
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.