Milli.Az xəbər verir ki, ifaçının rəyinə görə, sənətçi dostları kompozisiyanı ilk dinləmədən bəyəniblər. Humay instrumental şəkildə mahnının hələ ki bu şəkildə hazırlanmadığını bildirdi:Tarzən Humay Qədimova klassik estrada janrının nümunələrindən olan "Ala gözlüm"ü tarda böyük musiqiçi heyətinin müşayiəti ilə səsləndirib
"Hamı kimi mən də "Ala gözlüm"ü sevilən sənətkarımız Akif İslamzadənin repertuarında dinləyib, sevmişəm. Repertuarı təzələyən ərəfədə düşündüm ki, illərdir dinlədiyim bu kompozisiyanı niyə bu səpkidə hazırlamayım? Tar elə bir alətdir ki, hər musiqini özününküləşdirə bilmir. Alətin özəlliyi həm də ondadır ki, bayağı musiqini özünə yaxın buraxmır. Amma mən xarici, milli estrada və müxtəlif janrlarda ifa imkanımı nümayiş etdirməyə çalışıram.
Artıq ANS-in bu səpkili layihəsində də yer almışam. "Ala gözlüm"ü hazırlayarkən onu mükəmməlləşdirmək üçün çalışdım. Eyni zamanda kiçik musiqili əsərə digər alətlərin ifasını daxil etdim. Bundan sonra əsas fikir dinləyicilərindir".
Repertuar təzələyən Humay xanım bir-birinin ardınca yeni mahnılar təqdim edəcəyindən xəbər verdi.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.








