Şou-biznes

"Rəqsanənin və heç kimin balasına güzəşt olunmayacaq" - YENİLƏNİB - FOTO

30 Yanvar 2014 18:06
10 Şərh     Baxış: 12 729
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
18:06

Rəqsanə İsmayilova
nın qızı Aysun İsmayılova qayda pozduğu halda anasının adından istifadə edərək DYP əməkdaşları tərəfindən sərbəst buraxıldığını bildirib.

Görəsən, qanunvericiliyimizdə elə bir qanun var ki, müğənni balası qanuna cəlb olunmadan buraxılmalı, polis əməkdaşının qızı isə saxlanılaraq cərimələnməlidir?

Bu suala aydınlıq gətirmək üçün elə Vaqif müəllimin özünə müraciət etdik. O da XeberLent.az informasiya agentliyinə bunları dedi:

"Xeyr, qanun hamı üçün eynidir. Sadəcə, hörmət əlaməti olaraq, DYP əməkdaşları bizim bir çox incəsənət və digər tanınmış dövlət xadimləri yol hərəkəti qanunlarını pozduğu halda onları cəriməsiz, xəbərdarlıqla buraxıblar. Lakin bundan kimsə istifadə edib və bu mövzunu gündəmə gətirirsə, onlar bundan sonra bərk cəzalanacaqlar. Nə edək ki, bizim xanım sürücülərə hörmətimiz var".
 

Vaqif müəllim, əgər yol polisləri xanım sürücüləri qəza halı törətdikləri zaman cəriməsiz azad edirlərsə, burada nə kimi hörmətdən söhbət etmək olar? Axı qanun hamı üçün eynidir. Elə sizin öz qızınız, yol keçidindən istifadə etmədiyi üçün cərimələnib. Bu belədirsə, digər xanımlar və vətəndaşlar niyə öz adlarından, ana-atalarının adlarından istifadə edib qanundan boyun qaçırmalıdır? sualına belə cavab verdi:
 

"Çox düz vurğulayırsınız. Bu hadisəni nəzərə alıb daha da ciddi tədbirlər görəcəyik. İndi görək bu hadisədən sonra, Rəqsanə və digər tanınmışların özləri və balaları necə can qurtaracaqlar. Mənim qızım keçiddən istifadə etməyib cərimələnərkən, nə atasının adını verib nə də bir şey. Hətta cəriməni qızım öz pulu ilə ödəyib. Bundan sonra heç kimə hörmət edilməyəcək".


---------
14:48

Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova kaprizlərindən danışıb

Axşam.az-ın müxbiri ilə söhbətində Aysun anasının tanınmış olmasından bəzi hallarda istifadə etdiyini bildirib:

"Kaprizliyəm, ailəm buna öyrəşib. Bu isə Rəqsanə xanımın qızı olmağımdan irəli gəlir. Bəzən onun adından istifadə edirəm. Polis avtomobilimi saxlayanda, anamın adını verirəm və buraxırlar".

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.