Görəsən, qanunvericiliyimizdə elə bir qanun var ki, müğənni balası qanuna cəlb olunmadan buraxılmalı, polis əməkdaşının qızı isə saxlanılaraq cərimələnməlidir?
Bu suala aydınlıq gətirmək üçün elə Vaqif müəllimin özünə müraciət etdik. O da XeberLent.az informasiya agentliyinə bunları dedi:
"Xeyr, qanun hamı üçün eynidir. Sadəcə, hörmət əlaməti olaraq, DYP əməkdaşları bizim bir çox incəsənət və digər tanınmış dövlət xadimləri yol hərəkəti qanunlarını pozduğu halda onları cəriməsiz, xəbərdarlıqla buraxıblar. Lakin bundan kimsə istifadə edib və bu mövzunu gündəmə gətirirsə, onlar bundan sonra bərk cəzalanacaqlar. Nə edək ki, bizim xanım sürücülərə hörmətimiz var".
Vaqif müəllim, əgər yol polisləri xanım sürücüləri qəza halı törətdikləri zaman cəriməsiz azad edirlərsə, burada nə kimi hörmətdən söhbət etmək olar? Axı qanun hamı üçün eynidir. Elə sizin öz qızınız, yol keçidindən istifadə etmədiyi üçün cərimələnib. Bu belədirsə, digər xanımlar və vətəndaşlar niyə öz adlarından, ana-atalarının adlarından istifadə edib qanundan boyun qaçırmalıdır? sualına belə cavab verdi:
"Çox düz vurğulayırsınız. Bu hadisəni nəzərə alıb daha da ciddi tədbirlər görəcəyik. İndi görək bu hadisədən sonra, Rəqsanə və digər tanınmışların özləri və balaları necə can qurtaracaqlar. Mənim qızım keçiddən istifadə etməyib cərimələnərkən, nə atasının adını verib nə də bir şey. Hətta cəriməni qızım öz pulu ilə ödəyib. Bundan sonra heç kimə hörmət edilməyəcək".





