Şou-biznes
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əməkdar artist: "Musiqiçi var ki, namaz qılır, sənətini atır, deyir haramdır"
28 Oktyabr 2013 15:42
3 Şərh
Baxış: 1 713
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Respublikanın əməkdar artisti, "Natiq" ritm qrupunun rəhbəri Natiq Şirinov yenicə Həcc ziyarətindən qayıdıb. Tanınmış musiqiçi təəssüratlarını modern.az-la bölüşüb.
- Hamı kimi biz də illərlə arzu edirdik ki, Allahın vacib buyurduqlarından biri olan Həcc əməlini yerinə yetirək. Hərdən deyirlər ki, nədənsə qorxmaq yox, sevmək lazımdır. Amma mən deyirəm ki, sevgi qorxudan yaranır. Qorxmasan nəyisə sevə bilməzsən. Atanı, ananı, ailəni, bacını, qardaşı itirmək qorxusu olduğuna görə onları sevirsən. İçimizdə qorxu olduğuna görə həyat yoldaşımla Həcci ziyarət elədik. Amma bu qorxu yaxşı mənadadır, sevinc qorxusudur. Allah hər kəsə qismət eləsin. Danışmaqla deyil e, gərək öz gözlərinlə görəsən.
- Neçə ildir namaz qılırsınız?
- On il.
- Deyirlər ki, toy və ibadət bir araya sığmır. Çətin deyil ki?
- Allaha and olsun heç nə çətin deyil. Onu kimsə özü-özündə çətinləşdirir. Hər kəs özünə cavabdehdir. Mən bilirəm ki, dinin özündə də ifrat bağlılıq, fanatizm bəyənilmir. Namazdan, ibadətdən düzgün istifadə etməliyik. Musiqiçi var ki, namaz qılır, sənətini atır, deyir haramdır. Bu da Quranı oxumamaqdan irəli gəlir. Quranın Azərbaycanca tərcüməsini oxuyursan, bilirsən ki, nə olar, nə olmaz.
Əli əleyhissalamdan bir gözəl hədis var. Deyir ki, hər hərfi həftə ilə oxu ki, onu dərk edəsən. Onu düzgün oxuyub dərk edəndə başa düşürsən ki, ən gözəl din İslamdır. İnsan hər şeyi sevir. Bəzi qadağalar var, məsələn, içki içmə. Kim içir, Allah canını sağ eləsin. Biz də vaxtında içmişik də, birdən-birə namaz qılmamışıq ki.
- Neçə yaşınıza qədər içmisiniz?
- Lakin cavan vaxtımda tövbə etmişəm. O da ailə qurmağımla bağlı olub. Ona görə də həm Allaha, həm də ailəmə minnətdaram.
- Neçə yaşınızda ailə qurmusunuz ki?
-21-22 yaşımda ailə qurmuşam.
- Ailədə hər kəs ibadət edir?
- Üzr istəyirəm, kiçik övladım ikinci sinifdə oxuyur. Ailədə 5 nəfərik, hamımız ibadət edirik. Hər kəs öz axirəti üçün ibadət edir.
- Bu ziyarətdən sonra sizin üçün nə dəyişdi?
- Mənim üçün həyat necə var elə də davam edir. Sözün əsl mənasında, içimdə bir ümid və inam olub ki, Allah bunu mənə qismət edəcək. Bircə ölümümü bilmirəm. Onu da ölümümə bir iki gün qalmış Allah bildirər. Həyat həmin həyatdır, hər şey gözəldir. Çox sevincli idik. Bu ziyarətin əzəmətini gördük. Danışmaq başqadır, o hissləri yaşamaq daha gözəldir.
- Zəvvarlar arasında sənətçilərdən daha kimlər var idi?
- Rüfət Axundov, Aşıq Əli, nəfəs alətləri ifaçısı Abbasqulu Nəcəfzadə və bir neçə şəxsən tanımadığım musiqiçilərimizi də gördüm.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Afət Fərmanqızı bloqeri məhkəməyə verdi
-
Əşrəf Əşrəfliyə hökm oxundu
-
"Nə vaxt soruşursan deyir, 80 yaşım var" - Sevil və Sevinc - (Foto/Video)
-
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında - (Foto)
-
Rafinya Messinin rekordunu qırdı
-
Şoyqu Paşinyanı tənqid etdi
-
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər
-
Amerikalı məşhur rəssam 88 yaşında vəfat etdi
-
15 yaşlı qapıçı “Kəpəz”in tarixinə düşdü
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
-
Goranboyda 22 yaşlı oğlanın meyiti əkin sahəsində aşkarlandı
-
Danla Bilic 8-ci dəfə əməliyyat olundu - (Foto)
-
Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq
-
Millimizin Tacikistanla oyununu o idarə edəcək
-
İsveçin Baş naziri istefa verdi
-
Afaq Bəşirqızının adını çəkib ağladı - (Video)
-
İsti hava Avropanı ərzaq böhranı ilə üz-üzə qoydu, qıtlıq yarandı
-
Pensiyalarla bağlı gözlənilən xəbər
-
“Norm” ASC 2025-ci ildə rekord gəlir əldə edib
-
Prezident İlham Əliyev: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
-
Prezident İlham Əliyev: Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın
-
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
-
Azərbaycanda zəlzələ oldu
-
Türkiyəli bloqer Bakının təmizliyini belə yoxladı – (Video)