Afaq Gəncəli: "Həyatımda bir kişi var" - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
- Afaq, özünü ulduz sayırsan?
- Qətiyyən. Niyə özümü ulduz hesab etməliyəm ki? Özümü adi bir aparıcı sayıram. Sabah-birigün televiziyadan getsəm, heç aparıcı kimi yadda qalmayacağam da. Daha doğrusu, aparıcı kimi yaddaşlarda qalacağam, sadəcə ulduz kimi xatırlanmayacağam. Mənə bu ulduz sözü çatmır e...
Ulduzlar göydə olur deyirlər. Əgər ulduz sözü parıldamağına görə kimlərə deyilirsə, haradasa parıltıdan məndə də var. Lampanın voltu var də, biri güclü yanır, digəri zəif. Mən nə dərəcədə güclü yanıram, deyə bilmərəm. Müəyyən qədər yanıram. Bilmək olmaz amma, bu yanmaq daimi olacaq, yoxsa sabah-birigün sönəcək.
- İnşallah, sönməz. Mənə çox maraqlıdır, Afaq eşq oduna yanırmı?
- Eşq oduna yanmayan insan yoxdur, məncə. Ürəyində qığılcım olmayan, hisslərdən məhrum olan insan yoxdur. Əgər varsa, mənim aləmimdə o insan deyil. Sadəcə məxluqdur, robot da demək olar elələrinə. Yanıram deyəndə ki, anama, oğluma sevgim var. 10 yaşında bir oğlum var.
- Həyatında necə, varmı sevdiyin şəxs?
- Əlbəttə, mən insanların hamısını sevirəm.
- Həyat yoldaşından ayrıldığını bilirik. Sevgi elan edənlər çoxdurmu sənə?
- Olur.
- Bəs reaksiyan necə olur elələrinə?
- Çox normal. Əlbəttə, hər bir xanım sevildiyini görüncə ona xoş olur. Amma bunu da inkar etmək istəmirəm ki, xanımlar daha həssasdırlar; kimin ciddi, kimin qeri-ciddi olduğunu daha yaxşı anlıyır. Ciddi insanların sevgi etiraflarına normal reaksiya verirəm. Gəldi-gedərlər də olur, baş qoşmuram.
- Səni necə və nəylə təəccübləndirmək mümkündür?
- İnandırım ki, heç nəylə. Afaqı, nəinki Afaqı, bütün qadınları zinət əşyaları, gül-çiçək və bahalı hədiyyələrlə bir neçə gün təəcübləndirmək olar. Amma diqqət qadın üçün çox önəmlidir və kişilər xanımlara diqqətli olanda çox xoş olur. Bu diqqəti heç bir bahalı hədiyyə ilə müqayisə etmək olmaz.
- Sənin üçün mükəmməl kişi obrazı necədir?
- Zahiri görüntü mənim üçün əhəmiyyətli deyil. Əsas daxili keyfiyyətlərdir. Mənim ən çox sevdiyim bir aktyor var - Çelentano. Mənim kişi obrazım odur. Onun görüntüsü mənim üçün önəmli deyil. Yəni daxili aləm çox gözəl olarsa, sızacaq onun zahirinə.
- Varmı belə bir daxilinin gözəlliyi xaricində təcəssüm edən kişi?
- Əlbəttə var.
- O bəxtəvər kişi kimdir görəsən?
- Dost saydıqlarım var. Amma həyatımda hələ ki, kişi yoxdur. Daha doğrusu, həyatımda bir kişi var, o da oğlumdur.
- Sosial şəbəkələrlə aran necədir?
- Yoxam sosial şəbəkələrdə. Çünki marağım yoxdur. Yalnız instaqram-da varam. Çox aktiv olmasam da, ara-sıra görünürəm. O biri sosial şəbəkələrdə yalnız adım var, istifadə etmirəm.
- Vaxtlarının çoxunu sosial şəbəkələrdə keçirən kişilərə münasibətin necədir?
- Oyyy, sevmirəm elələrini. Bir də görürsən şəkillərini yerləşdirirlər, layk gözləyirlər. Kişi belə şeylərdən uzaq olmalıdır.
- Telefonuna sevgi mesajları çoxmu gəlir?
- Yox, yox, o qədər də yox. Telefondur da, hərdən zənglər gəlir özü üçün.
- Özünü tənha hiss etdiyin məqamlar olur?
- Yox. Oğlum buna imkan vermir. Dedim axı, o mənim həyatımda yeganə kişidir.
- İkinci kişinin həyatına daxil olmasını istəmirsən? Bəlkə, oğlun qısqanır?
- Əslində oğlum belə şeyləri anlayır. Qşısqanclığını da hiss edirəm. Oğlum icazə versə, mən təəcüblənərdim. Çünki o əsl kişi xarakterli uşaqdır.
- Sənə əziyyət verən xasiyyətin hansıdır?
- Başqalarının fikri mənim üçün çox önəmlidir. Hətta mənə olan hər hansı bir pis münasibətdən həyəcan keçirə bilərəm, narahat olaram. Buna görə də çalışıram insanlarda pis fikir yaratmayım.
- Ruhdan düşürsən yəni?
- Ruhdan düşmürəm, sadəcə narahat oluram ki, mən o adama heç nə eləmədim, niyə mənə qarşı mənfi davrandı.
- Televiziyada veriliş apardığın zaman ekstrim vəziyyətlərə düşmüsən heç?
- O qədər...
- Məsələn?
- Olub ki, veriliş zamanı ayaqqabımın dabanı sınıb, bir ayaq üstə dayanmışam. Danışa-danışa qonağım yatıb, onu çətinliklə oyatmışam, bunlardan tamaşaçıların xəbəri belə olmayıb.
- Kimdir o, maraqdan öldüm...
- Yox, çox tanınmış bir adamdır. Adını çəkə bilmərəm.
- Ən intellektual saydığın şou-biznes nümayəndəsi hansıdır bəs?
- Hamısı ilə münasibətim yaxşıdır deyə, konkret ad çəkə bilmərəm. Hamıyla mənə rahatdır. Çünki hamısı ilə yaxşı münasibətdəyəm.
- Ən çox nəyə pul xərcləyirsən?
- Geyimə.
- Brend önəmlidir sənin üçün?
- Yox, yaraşanı geyinirəm.
- Ayda geyimə nə qədər pul xərcləyirsən?
- Oyyy, çox.
- Təxminən...
- Orta hesabla 600 manatdan çox.
- Alış-verişi haradan edirsən?
- Belə mağazaları gəzməklə aram yoxdur. Xoşlayıram e, sadəcə vaxt yoxdur. Mənə geyimləri gətirirlər, baxıb alıram.
- Qarderobda artıq qalan geyimlərin aqibəti necə olur bəs?
- Tanışlarım var, imkansız, onlara verirəm.
- Rəfiqələrin çoxdur?
- O qədər də yox.
- Özünə kumir saydığın aparıcı varmı?
- Nərgiz Cəlilova mənim kumirimdir. Hamı bilir ki, onu özümə brend aparcı sayıram.
- Hansı həmkarına baxanda aparcı olduğuna görə xəcalət çəkmisən?
- Deyə bilmərəm. Olsa da, heç baxmıram. Sevmədiyim insan, sevmədiyim kanal, sevmədiyim aparıcı olanda ona baxmıram.
- Xoşlamadığın mesajlar gəlib sənə?
- Əlbəttə, gəlib.
- Kimlər?
- Yox, deyə bilmərəm kimlər. Çünki o adam tanınmış insandır, incimişəm ondan, sonra o insan dəfələrlə üzr istəyib məndən. Süjetlə bağlı bir təhqir vardı o mesajda. Mən də bağışladım getdi.
- Həmişə səmimisən? Çünki çoxları "Afaq təkəbbürlü, eqoistdir"- deyir...
- Çalışıram, həmişə özüm olum. Mən də özüm haqqımda belə eşitmişəm, vallahi elə deyil. Ətrafım məni yaxşı tanıyır.
- Bürcün nədir?
- Qız.
- Bir az utancaq olur qızlar...
- Nə vaxtsa utancaq olmuşam, bəlkə. Sadəcə ədəb-ərkan gözləyən adamam.
- Aparcı olmasaydın, hansı peşəni seçərdin?
- Aktrisa olardım.
- Dəvət edirlər?
- Edirlər.
- Necə bir rolda oynamaq istərdin?
- Qəddar bir qadın obrazını yaratmaq istərdim. Dilənçi, küpəgirən qarı oynayardım. Afaqın tam tərsini.
- Bəs yataq səhnəsinə, necə?
- Yox. Mən efirdə olanda valideynlərimi və onlar yaşda adamları nəzərə alıram. Geyimlərim ola bilər kiməsə aldadıcı təsir bağışlasın. Amma elə açıq-saçıq da geyinmirəm.
- Sualı verməkdə məqsədim vardı. Üzündə estetik əməliyyat olunub?
- Dişlərimdə estetik nəsə olub. Bədənimdə ümumiyyətlə, əməliyyat olunmayıb.
- Bəs bu formanı necə saxlaya bilirsən?
- Üzgüçülüklə məşğulam. Yeməyimə də fikir verənəm. Nəyi yeməyi, nəyi rasionumdan çıxarmağı bilirəm.
- Məsələn?
- Səhər yeməyində pendir, soyutma yumurta yeyirəm. Yağlı, qızarmış yeməklərdən qaçıram, çörəyi isə dilimə belə vurmuram.
- Səni nə sarsıda bilər həyatda?
- İtkilər.
- Ən zəif nöqtən bəs nədir?
- Valideynlərim və oğlum.
- ATV-dən başqa kanala getmək istəmirsən ki?
- ATV-nin yerini, yəqin ki, dar eləmirəm. ATV kollektivi məni sevir və mən də onları. Bura mənim doğma kanalımdır, neçə illərdir burda çalışıram.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.




DİGƏR XƏBƏRLƏR
-
Mətanət İsgəndərli: “Sanki övladını aparıblar, amma demirlər kimindir”
-
"Eşref Rüya"nın aktyoru Tolqa Tekin yeni serialda (Foto)
-
“Artıq onun Bakıda neft emalı zavodları var” - Nəsrin Cavadzadə - (Foto)
-
"Ümid" filminin aktyoru vəfat etdi - (Foto)
-
Ali Öner "Taşacak bu deniz"dən getdi (Foto)
-
Elçin İsmayılova "Space"də yüksək vəzifə verildi - (Foto)
XƏBƏR LENTİ
-
Akromeqaliya: Böyümə hormonu artıqlığının əlamətləri, diaqnozu və müalicəsi
-
Dana jambonlu sendviç resepti
-
“Bu səhvim məni 700 baldan ayırdı” - Aysu Əliyeva
-
Bakının bəzi ərazilərdə işıq olmayacaq
-
Dünyanın ən uzun gölü: Dörd ölkəni bir-birinə bağlayır
-
Bu gün Aşuradır
-
Günün qoroskopu: Özünüzə olan inamınız bu gün zirvədədir
-
Anderson Premyer Liqanın ən bahalı transferi ola bilər
-
İmtahanda ən yüksək nəticə göstərən 7 nəfər (Foto)
-
Sadiq Abbaslı bıçaqlandı (Foto)
-
Yedidən yetmişə hər kəsin sevdiyi ləzzət: Bolonez souslu makaron
-
Milli Məclisin İnsan hüquqları komitəsinin növbəti iclası keçirilib (Foto)
-
Mətanət İsgəndərli: “Sanki övladını aparıblar, amma demirlər kimindir”
-
Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı ABŞ Konqresinə müraciət ünvanlanıb
-
Sarımsaqların aylarla kiflənmədən qalmasının sirri: "1 ovuc düyü"
-
"Sabah" Rumıniya klubu ilə heç-heçə etdi
-
Köp niyə yaranır və ondan necə xilas olmaq olar?
-
"Fənərbağça" Meyson Qrinvud ilə razılaşdı (Foto)
-
Kabinetdə çəkilən video İraqı ayağa qaldırdı: Rəhbər şəxslər vəzifələrindən uzaqlaşdırıldı (Foto)
-
Azərbaycan Avrasiyada nəqliyyat, ticarət və kooperasiya gündəliyinin mühüm iştirakçısına çevrilir - (Foto)
-
Şotlandiya Braziliya matçı ləngiyə bilər
-
Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
Kürdəmirdə yük maşını aşıb - Xəsarət alan var
-
I ixtisas qrupu üzrə bir abituriyent 700 bal toplayıb (Foto)





