Şou-biznes

Məşhur azərbaycanlı teleaparıcı telekanaldan qovuldu - RƏSMİ AÇIQLAMA

6 Avqust 2013 16:17
6 Şərh     Baxış: 9 439
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İTV Cəsarət Valehovun işdən çıxarıldığını rəsmən təsdiqlədi

İctimai Televiziya və Radio Yayımları Şirkətinin Gənclər, Elm və Təhsil Departamentinin direktoru Cəsarət Valehov işdən çıxarılması haqda xəbər onun özü tərəfindən təkzib olunsa da, İTV-dən bunu Modern.az-a təsdiqləyiblər.

İTV-dən bildirilib ki, C.Valehovun işdən çıxarılmasına onun "özfəaliyyəti" səbəb olub. Belə ki, C.Valehov bir müddət öncə özünün müavini Ruhəngiz Mehmanqızına rəhbərliyin xəbəri olmadan icazə verib ki, xanım jurnalist özbaşına məzuniyyətə getsin. Və R.Mehmanqızı C.Valehovun şifahi razılığı ilə mayın 25-dən 29-dək heç bir icazə və ezamiyyə sənədləri olmadan Gürcüstana gedib. Ardınca R.Mehmanqızının "Gürcüstan turnesi" iyulun 13-dən 20-dək yenidən təkrarlanıb. Bu dəfə də şirkət rəhbərliyinin deyil, C.Valehovun şifahi icasəsi ilə.

İTV-dən bildirlib ki, Cəsarət Valehov öz müavininin adını maaş cədvəlinə yazaraq işdə olmadığı günlər üçün də əmək haqqı almasına şərait yaradıb.

"Nəticədə yol verilən qanun pozuntusuna görə bir neçə gün öncə Ruhəngiz Mehmanqızı və bu gün Cəsarət Valehov işdən qovulublar", - deyə İTV-dən bildirilib.

Qeyd olunub ki, Cəsarət Valehovun da Əmək Məcəlləsinin 72-ci maddəsinin e) bəndinə uyğun işdən azad olunub. Həmin maddəyə görə, o, ciddi hüquq pozuntusuna yol verərək, işəgötürənin qanuni mənafeyinə ciddi xələl gətirib.
Cəsarət Valehov həm də İTV-də efirə gedən "Açıq dərs" verilişinin aparıcısı idi.

İTV-dən o da qeyd olunub ki, C.Valehovun adı bu gün teleradio şirkətinin direktorlar Şurasından da çıxarılıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.