"Xəzər" telekanalında yayımlanan "Xeyir körpüsü", "Vətənimdir Azərbaycan" verilişlərinin aparıcısı Hacı Nuran Hüseynovun səhhətində irəliləyiş hiss olunur. Teleaparıcı bu haqda Milli.Az-a danışıb.
"Bəli, səhhətimdə irəliləyiş hiss olunur, 1 ildə aldığım müalicələr, Allaha şükür olsun ki, öz nəticəsini göstərir. Amma hal-hazırda bu müalicəni bir neçə ay da keçməli və yaxın gələcəkdə, daha doğrusu, 3 il ərzində, ildə 2 dəfə müayinə olunmaqla, müalicəni davam etdirməliyəm. Mən hal-hazırda Almaniyanın Köln şəhərində yerləşən "Medical Center Cologne" klinikasında müalicə alıram, mənim həkimim, həmçinin klinikanın baş direktoru Robert Gorter Nobel mükafatı laureatı, ABŞ Kaliforniya San-Francisko Universitetinin, Almaniyanın Vitta-Herdeka və Sankt-Peterburq Universitetinin professoru, tibb elmləri doktorudur. O deyir ki, bir neçə aya mən vətənə dönə bilərəm.
Səhhətimlə maraqlanan hər kəsdən razıyam, sağ olsunlar, minnətdaram, Azərbaycanın bütün bölgələrindən, ən yaşlısından tutmuş ən kiçiyinə qədər mənə maddi və mənəvi kömək olanlar, mənim üçün dua edənlərdən Allah razı olsun. Qeyd edim ki, gün ərzində sosial şəbəkələr vasitəsilə 300-400 məktub alıram, telefonuma isə ardı-arası kəsilməyən sms-lər və zənglər gəlir. Bütün bunlar mənə xəstəliklə mübarizədə hədsiz güc verərək yardım edir. Əlbəttə ki, çalışdığım və çox darıxdığım doğma "Xəzər" TV-nin rəhbərliyi və kollektivi mənimlə hər gün yaxından maraqlanır və maddi-mənəvi kömək olurlar. Bir neçə ay bundan öncə Xəzər TV əməkdaşları, maliyyə şöbəsinin müdürü Əli İslam, insan resusları şöbəsinin müdiri Vüqar İsayev və yayım şöbəsinin montajçısı Həsrət Yusifov yanıma gəlmişdilər.
Ümumiyyətlə, mən xəstəliyə düşən gündən Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev, yaxın dostlarım Bəhram Bağırzadə, Avstriyada yaşayan Bəxtiyar Siracov və Tahir Tahirov, Leyla Şeyxzadə, Həsrət Yusifov, Aslan Abdullayev və adlarının burada hallanması istəməyən nə qədər dostlarım, tamaşaçılarım və adi insanlar mənə çox kömək oldular. Onlara da çox-çox minnətdaram. Vətənə dönəndə doğma Bakımı qucaqlamaq istərdim, Vətənim üçün çox, lap çox darıxmışam. Verilişimin birinin adı da məhz "Vətənimdir Azərbaycan" olub", - deyə teleaparıcı bildirib.
Əli Novruzəliyev
Milli.Az
Şou-biznes
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Tanınmış azərbaycanlı teleaparıcı: "Bir neçə aya vətənə dönə bilərəm" - FOTO
27 İyun 2013 09:45
0 Şərh
Baxış: 5 185
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
-
Ancelina Coli yarıçılpaq pozları ilə DİQQƏT ÇƏKDİ - FOTOlar
-
DiKapriodan illər sonra “Titanik” etirafı: Eşidənlər təəccübləndi
-
Sevil və Sevincin biznesi batdı
-
Zaur Röyaya bahalı üzük bağışladı - VİDEO
-
"Yəqin ki, bunu Emin Əmrullayev bilmir"
-
Vəfa Famildən boşandığını açıqladı: “Bir ildir ayrılmışıq!” – VİDEO
XƏBƏR LENTİ
-
Niyə gündə mütləq 3 dəfə yemək yeməliyik?
-
Balıq qızardarkən qoxunun yayılmasının qarşısını alan 5 təsirli üsul
-
Möcüzəvi pəhriz - qaraciyərdəki yağı yox edir
-
Kartof püresi hazırlayarkən edilən 6 əsas səhv
-
İnfarkt keçirənlərin ortaq vərdişi
-
Bu vaxta qədər yoluxucu olduğu bilinmirdi - Qadınlardan kişilərə keçirmiş
-
Zibil qablarından gələn qoxuya SON
-
Ancelina Coli yarıçılpaq pozları ilə DİQQƏT ÇƏKDİ - FOTOlar
-
Zərərli olduğu deyilən pendir növləri demensiyanın qarşısını alırmış
-
Qızılın qiyməti rekord həddə
-
Azərbaycandan Ermənistana göndərilən neft məhsullarının ilk partiyası yola salındı - FOTO
-
“Dedi ki, barışmaq istəyirəm uşaqlarım tək qalıb” - Qusardakı qətlin detalları
-
İsti su ilə çimənlərə pis xəbər
-
DiKapriodan illər sonra “Titanik” etirafı: Eşidənlər təəccübləndi
-
Qızartma yağ neçə dəfə istifadə oluna bilər? - Günəbaxan, qarğıdalı, zeytun yağı üçün hədd
-
Azərbaycanda bəzi şəxslər mənzillə təmin ediləcək
-
Rutte: Putin yenidən hücuma cəhd edərsə, reaksiya dağıdıcı olacaq
-
Sevil və Sevincin biznesi batdı
-
Günün qoroskopu: Səbirli olmaq bu günün əsas açarıdır
-
Zaur Röyaya bahalı üzük bağışladı - VİDEO
-
Gecələr yaxşı yatmaq üçün 6 əsas qayda
-
"Yəqin ki, bunu Emin Əmrullayev bilmir"
-
Saç köklərini gücləndirən elmi texnikalar və müasir yanaşmalar
-
Vəfa Famildən boşandığını açıqladı: “Bir ildir ayrılmışıq!” – VİDEO







