Müğənni Samir Piriyevin boşanması və bu ayın 12-də yenidən nigaha daxil olacağı ətrafında dolaşan xəbərlər gündəmdən düşmür. Toy qabağı S.Piriyevin keçmiş həyat yoldaşının və qaynının açıqlamaları isə məsələni bir qədər qəlizləşdirib. Xatırladaq ki, müğənninin keçmiş həyat yoldaşı Yeganə Mansurova dünən Milli.Az xəbər portalına müsahibəsində Samirlə ailə həyatı, boşanmaları barədə ətraflı danışıb. O, hətta Samir Piriyev tərəfindən hədələnərək keçmiş həyat yoldaşının ona qadağalar qoyduğunu bildirib. Y.Mansurovanın dediyinə görə, Samirlə iyulun 7-də tam boşanacaqlar, amma o, bundan 5 gün sonra yenidən nigaha daxil olacaq. Bu isə nigah haqqında qanuna ziddir.
Bütün bu məsələlər barədə Milli.Az xəbər portalına geniş açıqlama verən Samir Piriyev qarşı tərəfin dediklərini yalan adlandırdı:
- Mənim keçmiş həyat yoldaşım artıq azad qadındır. Mən onu hədələməmişəm. Sadəcə, bir-iki tövsiyələrim olub. Demişəm ki, bizim bir qızımız böyüyür. Hər ikimiz elə davranmalıyıq ki, onun adına gələcəkdə xələl gəlməsin. Həmçinin mən uşağımın anasını da düşünürəm. Biz ayrılsaq da, mənim nəzarətim hələ də onların üzərindədir. Bir ata kimi borcumu hər zaman yerinə yetirəcəyimə söz vermişəm.
- Xanımınız hələ bu ayın 7-si nigahınızın tam ləğv olunacağını bildirib.
- Yox, biz artıq ayrılmışıq. Ötən ayın 7-si məhkəmə boşanma qərarını çıxarıb. Sadəcə, boşanma kağızını bu ay bizə verəcəklər.
Onlara belə danışmaq sərf edir. Bilmirlər ki, mənim imicimə necə xələl gətirsinlər. Ayrılmadan da öncə onlara söz vermişəm ki, bir valideyn kimi borcumu hər zaman yerinə yetirəcəm. Ayrılıq qərarını qarşılıqlı anlaşma şəraitində vermişik. Amma indi durub başqa sözlər danışır.
- Qarşı tərəf boşanmanıza səbəb kimi göstərdiyiniz- sizin Türkiyədə işləməyiniz və onun da orada yaşamamaq istəməməsi barədə açıqlamanızı da yalanlayıb. Sizin ailəyə yetərincə diqqət göstərmədiyinizi deyir.
- Əslində, boşanmaq xəbəri mənim yox, birinci onun qərarı olub. Əgər o, mənim yalan danışdığımı iddia edirsə, mən də düzünü deyəcəm. Bəli, ayrılıq xəbəri birinci o biri tərəfdən gəldi. Mən də razılaşdım. Çünki anlaşılmamazlıq üzərində evliliyimi yürüdə bilməzdim.
- Yəqin, bu qərarı verməyə vadar edən bir səbəb olub?
- Yox. Mən həmişə ailəmə gözümün üstundə baxmışam. Bütün gücümü, enerjimi onlara sərf etmişəm. Ayıb olsun ki, durub indi başqa sözlər danışır. Əgər ona azadlıq imkanı vermişəmsə, niyə hədələməliyəm ki? Sadəcə, vaxtilə "boşanaq" deyən insan, indi bunu həzm edə bilmir. Ya da ki, məni qaralamaq istəyir. Artıq başa düşsün ki, biz ər-arvad deyilik.
- Yəni, sizi gözdən salmaq istəyir?
- Bəli. Toyqabağı problemlər yaşadırlar mənə.
- Deməli toyunuz olacaq?
- Mən ikinci evliliyimə ehtiyac üzündən qərar vermişəm. Bax indi sizinlə danışan zaman evdə çəkilişə geyinib getməyə lazım olan paltarımı tapa bilmirəm. Bunun üçün evdə qadının olması vacibdir. Mən bu və digər bir çox ehtiyacları ödəmək üçün evlənməliyəm. Qeyri-qanuni yaşasam, ona daha başqa don geyindirəcəklər.
- Əgər dediyiniz kimi əvvəlcədən anlaşmanız olubsa, niyə barənizdə belə danışılır?
- Bununla onlar özlərini biabır edirlər. Bir tərəfdən uşağın anası, bir tərəfdən qaynım danışır. Nə düşüb onlara? Niyə bir zaman boşanmaq istəyən adam, indi əl-ayağa düşüb? Müğənni olmaq istəyirlər ki, deyim, özlərini reklam edirlər? Bu cür söhbətləri eşitdikcə, özüm-özümə deyirəm ki, "bu insanlar mənə hardan rast gəldilər?". Bunlar evliliyi oyuncaq hesab edirlər. Bu gün boşandıq, sabah ağıllarına nə gəlirsə, danışırlar. Başı bağlı insana bu sözləri danışmağı yaraşdıra bilmirəm.
- Yəni, demək istəyirsən ki, keçmiş həyat yoldaşınızın dedikləri başdan ayağa yalandır?
- Eşitdiklərimi yalan adlandırıram. Mən onu Həccə apardım, din adamı etdim. Başını bağladı. İndi haqqımda yalanlar danışır, bunu ona yaraşdırmıram. Məni yalanlarla yıxmaq istəyirlər. Ayıb olsun onlara!
- Barəndə danışılan söz-söhbətlər səni yıxa bilər?
- Təbii ki, danışılanlar yalan da olsa, mənə təsir edir. Axı imicimə xələl gətirirlər. Mən müğənni ola-ola onlar özlərini reklam edirlər. Hərdən dostlarım deyir ki, müğənnilik karyeranda adın bu qədər hallandırılmamışdı. Düşünəndə bu, həqiqətən də belədir. Çünki son aylar adım o qədər hallanır ki, hərdən nə edəcəyimi bilmirəm. Mən sənətçiyəm və gündəmdə işimlə də qala bilərəm. Amma onlar mənə iftira atmaqla özlərini insanların yaddaşına bu şəkildə köçürürlər. Onlara qəti şəkildə fikrimi bildirmək itsəyirəm - bundan sonra mənim şəxsi işlərimə qarışmasınlar, yalandan iftira atmasınlar. Mən söz verdiyim kimi övladım qarşısında atalıq borcumu yerinə yetirəcəm. Bunun kənarında onlarla işimi yoxdur. Uşağın anasına xələl gətirən sözlər danışmıram. Onlar niyə danışırlar?
- Uşağınız ata-ana problemindən ziyan çəkirmi? Bildiyimizə görə, qızınız anası ilə yaşayacaq.
- O hələ balaca olduğu üçün baş verənləri bir o qədər dərk edə bilmir. Amma böyüyəndə olanları biləndən sonra məni günahlandırmayacaq. Biləcək ki, bu məsələdə haqlı tərəf atasıdır.
Xədicə
Milli.Az
Uyğun link:
Samir Piriyevin keçmiş həyat yoldaşı: "Samir mənə qadağalar qoyur ki, ailə qurmayacaqsan, işləməyəcəksən" - FOTO
Şou-biznes
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Samir Piriyev: “İkinci evliliyimə ehtiyac üzündən qərar vermişəm”
6 İyul 2010 09:37
Baxış: 15 409

DİGƏR XƏBƏRLƏR
-
Mənzurə özündən 7 yaş kiçik oğlana ərə gedir - 7 evi var
-
Məşhur aktrisa “Komedixana”dan gedir?
-
İstanbulda Zeynəb Xanlarova ilə rastlaşdı - FOTO
-
İlqarə Kazımovadan yeni paylaşım - "Bu yollardan çox keçmişəm..." - FOTO
-
Vüsalə Əlizadə hovuzdan video paylaşdı - Cazibədarlığı ilə göz oxşadı - VİDEO
-
Xalq artisti Həkəri çayının sahilindən görüntülər paylaşdı - FOTO
XƏBƏR LENTİ
-
Skuter işıq dirəyinə çırpıldı, ölən var - Anbaan görüntülər
-
Bu vərdişlər qadınlarda libidonu azaldır
-
Putin Kim Çen In ilə telefonla danışdı
-
Dırnaqlarınız saralırsa, bu xəstəliyiniz var
-
Krediti olanların nəzərinə! - Qaydalar dəyişir
-
“Qarabağ” öz meydanında “Şkendiya”nı darmadağın etdi - YENİLƏNİB - VİDEO
-
Xərçəngə 40 qəpiklik çarə
-
Tramp İlham Əliyev və Paşinyanla görüşündən görüntüləri paylaşıb - VİDEO
-
Üzeyir Hacıbəyov riyaziyyat kitabı da yazıbmış - FOTO
-
Belə qarpızları almayın
-
Bu rayonda qaz olmayacaq
-
BMT-nin tərkibində fəaliyyət göstərən qurum və şəxslər İlham Əliyevə təbrik məktubları ünvanlayıb
-
Doğulduğunuz tarixdə sizə hansı sehrli güc verilib?
-
56 yaşlı Gülsüm 22 ilə 11 ərini öldürdü
-
Saçlarını gözəllik salonlarında yuduranların nəzərinə!
-
Azərbaycanda müğənni bala görə öldürüldü
-
Pezeşkian Ermənistana 3 günlük səfər edəcək
-
Soğanı ağlamadan necə doğramaq olar? - Maraqlı üsullar
-
Üçtərəfli görüşün olacağını açıqladı
-
Metroda QR ödənişlə bağlı problem həll oldu - YENİLƏNİB
-
Həzmi asanlaşdırır, enerji verir - Afrodizyak təsiri var
-
Azərbaycan DİN MDB Daxili İşlər Nazirləri Şurasının iclasında iştirakdan imtina edib
-
"Qarabağ"ın oyununa hansı kanalda baxaq?
-
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər ifadə veriblər - FOTO