Son günlərin ən çox müzakirə olunan şəxslərindən biri də müğənni Səyyad Əlizadədir. Öncə "Bizim Metropoliten" klipi, daha sonra isə ölüm xəbəri ilə gündəmi zəbt edən Əlizadə Qafqazinfo saytına müsahibə verib. Milli.Az müsahibəni ixtisarla oxuculara təqdim edir.
- Səyyad bəy, ikinci dəfə ölüm xəbəriniz yayıldı və yenə də avtoqəzada həlak olduğunuz qeyd olunmuşdu. Yaşayarkən ölüm xəbərini almaq necə hissdir? Üstəgəl bu dəfələrlə baş verərsə?
- Noyabrın 14-ü məni "öldürmüşdülər". Həmin gün yağış da yağırdı, tıxacdaydım. Bir də gördüm "Space"də işləyən dostum var, zəng vurub dedi ki, Allaha şükür, səsini eşitdim. Mən dedim ki, başa düşmədim, nə olub ki? Sonra dedi ki, bəs saytlarda xəbər yayılıb ki, qəzaya düşmüsən, rəhmətə getmisən. Bu günə qədər də zənglər alıram. Bəziləri heç zəng vurduqlarının səbəbini də demirlər. Elə hal-əhval tutub sağıllaşırlar. Amma bilirəm ki, ona görə zəng vurublar. Yaxınlarım, doğmalarım çox həyəcan keçirdilər. Onsuz da bir gün gələn, gedəcək. Əcəl deyilən bir şey var. Bu bəd xəbərdir. O xəbərə görə səkkiz yaşlı oğlum niyə ağlamalıdır? Oğlumun göz yaşlarına onu yazan dəyməz.
- Siz təkcə ölüm xəbəri ilə deyil, son klipiniz "Bizim Metropoliten" mahnısı ilə gündəmə gəldiz. Niyə məhz metro? (Bu arada, müsahibimiz dəfələrlə gündəm sözünü bəyənmədiyini diqqətimizə çatdırıb)
- Mən heç vaxt gündəmdə qalmağa, populyar olmağa can atmamışam. Mənim üçün ən böyük xoşbəxtlik insanların üzünə düz baxmaqdır. Mənim iki ixtisasım var, həm mühəndisəm, həm incəsənətdə oxumuşam. Kiyevdə də metrotikinti idarəsində mühəndis işləmişəm. Metroda işləyənlərin necə ağır şəraitdə işlədiklərinə şahidəm. Mən o kollektivə yaxınam və mənə heç kim mahnı yazmağı təklif etməyib. Bu mənim öz təşəbbüsüm olub. Klip hazır olanda isə rəhbərliyə dedim. Metropoliten böyük bir təşkilatdır və sözün əsl mənasında xalqa xidmət edir. Kim onu necə qəbul edir, mən bilmirəm. Amma düşünmürdüm ki, bu mahnı belə səs-küyə səbəb olacaq.
- Siz Kiyevdə mühəndis işlədiyinizi dediz. Bildiyimizə görə, Tağı Əhmədovla da iş yoldaşı olmusuz. Belə çıxır, Kiyevdə birgə işləmisiz?
- 1982-ci ildə universiteti qurtardım, məni Kiyevə göndərdilər. Gördüm musiqisiz qala bilmirəm, iki il sonra Bakıya qayıtdım. Bakı Tunel Tikinti İdarəsində Tağı Əhmədovla tanış olduq. Onda "Elmlər Akademiyası" tikilirdi.
- Tağı Əhmədov necə dostdur?
- Mən hər kəsə elə dost arzulayıram. Cəmiyyət onu yaxşı tanımır. Əsl kişi deyəndə Tağı Əhmədov yada düşür. O, əsl kişidir. 30 il bundan qabaq onu necə tanımışamsa, indi də elədir. Heç bir vəzifə onu dəyişməyib.
- Elə bu an otaqda Tağı Əhmədovun fotosu olan diski görürük.
- Bu Tağı Əhmədovun 60 yaşı münasibəti ilə buraxılmış diskdir, mənə hədiyyə ediblər. Tağı müəllim 18 yaşından şeir yazır. Onun sözlərinə mahnı da oxumuşam.
- Pulla alırsız mahnıları?
- Nə pul? Tağı müəllim mənim dostumdur, bəyəm mən diskdən pul qazanıram, pulla da mahnı alım?
- Yeri gəlmişkən klipdəkilər metro işçiləri idilər?
- Əlbəttə, klipdəkilər metro işçiləri idilər, yoxsa biz o qədər formaları haradan alardıq? İki ay onlarla məşğul olduq.
- Amma klip birmənalı qarşılanmadı...
- Haqqımda ağızlarına gələni yazırlar ki guya mən yaltaqlıq edirəm. Kimə? Metropolitenə, vaqonlara, yoxsa qızlara? Mən oradan bir qəpik pul da almamışam. O klipi özüm çəkmişəm. Mən təmənnasız insanam. Deyirlər ki, başqa məqsədim olub. Əgər başqa məqsədim olsa, yuxarı instansiyalara mahnı oxuyaram da, metropolitenə niyə oxuyum?
- Tağı müəllim klipi bəyəndi?
- Təbii ki, bəyəndi. Mən dostluq elədiklərimlə təmannasız dostam. Bunu məni tanıyanlar bilirlər. Tağı Əhmədov o qədər kövrək insandır. Cəmiyyətimiz onu yaxşı tanımır. Tağı Əhmədov olmasaydı, metropoliten dağılırdı. Siz bilirsiz, Tağı müəllim orada nə qədər iş görüb? Metroda o qədər inkişaf var ki. Dost kimi də mərd, sözübütöv, çox ürəyiyumşaqdır. Bir kəlmə ilə gözündən yaş gəlir, yəni o qədər gözəl insandr.
- Niyə hər kəslə münasibətinizin yaxşı olmasına çalışırsız? Nədən ehtiyat edirsiz?
- Həyatı lazımsız dedi-qoduya, qalmaqala sərf etmək olmaz. Təsəvvür edin, bir dəfə telekanalların birində cavan bir oğlan mənə dedi ki, sizdən xoşum gəlmir. Mən də ona dedim ki, amma mənim səndən xoşum gəlir. Səbəbi isə sözün düzünü üzümə deyirsən, arxada danışmırsan. Ən azından azərbaycanlısan, cavansan. İnsan kamilləşəndə başqa cür düşünür, hər şeyə geniş baxır. Səhəri gün oğlan məndən üzr istədi ki, bağışla, evdə atam-anam məni öldürürdülər ki, sən ona nə dedin, o nə cavab verdi. Kimsə burnundan qabağı görə bilir, bəziləri isə görmür. Görə bilməyənlər pis əməllər edirlər.
- Səyyad bəy, ola bilməz ki, hamıyla yola gedəsiz.
- Məni münaqişəyə çəkmək istəyiblər. Bir bəstəkar gəlib mənə "Filan müğənni deyib ki, Səyyad nə oxuyandır?" sözünü çatdırdı. Mən isə həmin bəstəkara dedim ki, mən isə o müğənnini bəyənirəm. Yaxşı oxuyandır. Mən bu cavabı verəndə bəstəkar təəccübləndi ki, belə cavab olar? Mən hisslərlə söhbət etmirəm, həqiqətən də o müğənnini bəyənirəm. İndi o məni bəyənmir də, ola bilər.
- Bunun adı siyasətdir?
- Yox, mən olanı deyirəm. Mən səmimi adamam, nəyi siyasətdir? Sonra o adam məni görəndə qıpqırmızı oldu, onda hələ tanınmırdı. Mən ona dedim ki, sən yaxşı oxuyansan, tezliklə tanınacaqsan.
- Azərbaycanda bütün müğənnilərin nəsə bizinesi var, siz nə ilə məşğulsuz?
- Bizneslə bağlı heç bir fəaliyyətim yoxdur. Allahım bu səsi görməsin. Məncə, xoşbəxt olmaq üçün çox pul lazım deyil. Bu boyda fatehlər gəlib-gedib. Kim nə aparıb? Təkcə bu yaradıcılıq mərkəzini yaratmışam.
- Ailənizdə vəziyyət necədir? Bildiyimizə görə, övlad itkisi yaşamısız...
- Bəli, Məhəmməd Allahın dərgahındadır. Atabəy ikinci sinfə gedir, Məhəmmədlə əkiz idi. Amma o iki yaşında öldü. Qızım da Şəhladır. 15 idən sonra əkizlərimiz oldu. Ən qatı düşmənimə belə övlad dağı arzulamıram. Çox dəhşətlidir.
Milli.Az
Şou-biznes
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Səyyad Əlizadə: "Bəyaz gecələr"dən "Gangnam style"a qədər - MÜSAHİBƏ - FOTO
19 Noyabr 2012 15:40
0 Şərh
Baxış: 1 423

DİGƏR XƏBƏRLƏR
-
Ayan sevgisindən danışdı
-
Meral Konrat bizdən daha çox qonorar alırdı - “Təhminə”nin Mədinəsi
-
Çəkisi 37 kiloqrama düşən Nihal Candanın son halı - FOTO
-
“Bunlara görə peşman deyiləm”
-
Azərbaycanlı rejissor "Qızıl Palma budağı" aldı - FOTO
-
“Tibb üzrə təhsil alanlar ilk 3 il öz müəllimlərini müalicə etsin” - FOTO
XƏBƏR LENTİ
-
Mayın 25-də Günəşdə güclü partlayış baş verib
-
Rusiyada güclü zəlzələ oldu
-
Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
-
Yeni qanunla sosial media reklamı tənzimlənir - Nələr dəyişəcək?
-
Bu tərəvəzin kişilərə faydası açıqlandı
-
Gələcəyin döyüşçüləri - Çində robotlar döyüşdürüldü - VİDEO
-
"Sosial mediada nəsə yazmaqla insan ekspert hesab olunmur"
-
Ayan sevgisindən danışdı
-
Mövsümün ən yaxşı oyunçusu seçildi
-
Ən uzunömürlü avtomobil markaları
-
Ətlə bu 3 məhsulu yeməyin
-
Tez-tez çay içməyin zərərləri
-
Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan vurur
-
Soyuq duş bədənimizə necə təsir edir?
-
Bu, baş dərisində qabıqlanmanı və kəpəyi YOX EDİR
-
73 il sonra spirtli içki satacaqlar - qadağa götürülür:
-
“WhatsApp”da bu da mümkün olacaq - FOTO
-
Meral Konrat bizdən daha çox qonorar alırdı - “Təhminə”nin Mədinəsi
-
Kövrək vida - FOTO
-
Günün qoroskopu: Peşəkar həyatda yeni istiqamətlər doğur
-
Bakıda söküntü zamanı insident - Şirkətin ekskavatoru yandırıldı, həbs edilən var
-
Çəkisi 37 kiloqrama düşən Nihal Candanın son halı - FOTO
-
Sümüyü zəiflədir, dişləri çürüdür - Siqaret çəkməyə bərabər olan İÇKİ
-
Naxçıvana gedənlərə ŞAD XƏBƏR: Yenilik var