"Hər gün mafiya və ya zorakılıq məzmunlu serial yayımlanır"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyənin Radio və Televiziya Şurası (RTÜK) üzvlərindən olan İlhan Taşçı Şanlıurfa və Kahramanmaraşda baş verən faciələrə münasibət bildirib.
Milli.Az xəbər verir ki, o, bunda serialların rolunun danılmaz olduğunu etiraf edib:
"Mafiya serialları məktəb hücumlarına təsir edirmi?
İstanbul, Şanlıurfa və Kahramanmaraşda baş verənlər bir daha göstərdi ki, zorakılıq sosial ölçüləri baxımından yenidən qiymətləndirilməlidir. Bu cür hadisələr tək bir səbəbə endirilə bilməyəcək qədər çoxşaxəlidir. Burada televiziya və rəqəmsal platformaların təsiri də gözardı edilməməlidir. Son illərdə mafiya mövzulu serialların çoxalması və tək bir epizodda eyni vaxtda 20-30 insanın öldürülməsinin göstərilməsi kütləvi zorakılığın normal və adi hal kimi qəbul olunmasına gətirib çıxarır.
Hər gün ekranlar qanla boyanır. Hazırda Türkiyə televiziya kanallarında həftəiçi ən azı bir kanalda mafiya və ya zorakılıq məzmunlu serial yayımlanır. Bu serialların təkrarları isə həftəsonu da nümayiş olunur. Beləliklə, mafiya mövzulu seriallar həftənin 7 günü televiziyada yer alır.
Bu vəziyyət uşaqların və gənclərin davamlı olaraq bu məzmuna məruz qalmasına və personajları özlərinə nümunə götürməsinə səbəb ola bilər.
Silah istifadəsinin intensiv və açıq şəkildə təsviri, cinayətkar obrazların bəzən qanuniləşdirilməsi və hətta təriflənməsi, xüsusilə uşaqlar və gənclər üçün ciddi risk yaradır. Bu kontekstdə təcili olaraq araşdırmalar aparılmalıdır. Uşaqlarımızı və gənclərimizi qorumaq ssenaristlərdən və prodüserlərdən tutmuş yayımçılara və tənzimləyici orqan olan RTÜK-ə qədər hər kəsin borcu və məsuliyyətidir.
Gələcəyimizin qaralmasının qarşısını almaq və uşaqlardan qatil yetişməsinə yol verməmək üçün hər kəs təcili olaraq öz töhfəsini verməlidir".
Qeyd edək ki, hazırda Türkiyədə mafiya məzmunlu "Yeraltı", "Eşref Rüya" serialları reytinqlərdə birincidir. Bundan başqa, yayımlanan digər serillarda da ("Uzak şehir", "Halef", "Sevdiyim sensin", "Çirkin", "Güller ver günahlar", "A.B.İ", "Arka sokaklar", "Teşkilat", "Taşacak bu deniz") böyük hissəsində silahlı atışma, zorakılıq səhnələri çoxluq təşkil edir.. (axşam.az)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq
-
Qubada 30 yaşlı kişi dəm qazından boğularaq öldü





