4 il sonra Pike ilə ayrılığından danışdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kolumbiyalı ulduz müğənni Şakira uzun fasilədən sonra Jerar Pike ilə ayrılığı barədə səmimi açıqlamalar verib. Sənətçi son illərdə yaşadığı çətin dövrdə ağrının həyatında mühüm yer tutduğunu bildirib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, İspaniyanın "La 1" kanalında yayımlanan "Al cielo con ella" proqramına müsahibə verən Şakira son dörd ildə keçdiyi emosional sağalma prosesindən danışıb.
O, ayrılıqdan sonra yaşadığı hissləri gizlətmədiyini və bu duyğuları həm müsahibələrində, həm də musiqisində açıq şəkildə ifadə etdiyini qeyd edib.
"Mən öz hekayəmi danışıram. Öz həqiqətimi danışıram. Çox insan mənim qırıldığımı, min hissəyə parçalandığımı bilir", - deyə müğənni bildirib.
Şakira vurğulayıb ki, zaman keçdikcə qəzəb və kədər hisslərini qəbuletmə mərhələsinə keçə bilib. Hazırda isə yaşadıqlarına daha sakit yanaşa və hətta bəzi məqamlara yumorla baxa bildiyini deyir. Bununla yanaşı, o, bu prosesdə musiqinin əsas dayağı olduğunu qeyd edib.
Müğənni bildirib ki, daxili gücünü məhz yaradıcılığı sayəsində yenidən kəşf edib:
"Artıq sadəcə "Bu niyə mənim başıma gəldi?" sualını vermirəm. Bu mərhələni keçdim, indi ayağa qalxmağın vaxtıdır".
Şakiranın sözlərinə görə, onun üçün ən böyük motivasiya mənbələrindən biri uşaqları - Milan və Saşa olub. O, onların tərbiyəsinə xüsusi diqqət yetirdiyini və sosial medianın mənfi təsirlərindən qorumağa çalışdığını bildirib.
Şakira səhnəyə qayıtmağa hazırlaşır. O, "Estadio Shakira" adlı Avropa turnesi çərçivəsində Madrid şəhərində 11 konsert verməyi planlaşdırır və ümumilikdə yarım milyona yaxın tamaşaçı toplamağı hədəfləyir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq





