"Aidiyyəti qurumlar, niyə bu tərbiyəsizliyin qarşısını almırsınız?"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Televiziya böyük təbliğat maşınıdır. Təəssüf ki, bu gün bu maşının sükanı naşıların, təsadüfi adamların, efirin müqəddəsliyinin və təsir gücünün nə olduğunu anlamayanların, dəyərlərimizi pul qazanmaq üçün ayaq altına atanların, aparıcılıq sənətinə xələl gətirənlərin əllərindədir. Ədəbsiz, nalayiq, tərbiyəsiz adamların "müğənni" statusunda efirlərdə meydan sulamasının, onlara qadağa qoyulmamasının, TV qapılarının hərəkətini, özünü bilməyən bu cür ünsürlərə, "müğənnilərə" açıq olmasının nəticəsidir yaşananlar. Ona görə mövcud durum bu haldadır!"

Milli.Az xəbər verir ki, bu sözləri aparıcı Saleh Bağırov sosial media hesabında yazıb. O, televiziya rəhbərlərinə və aidiyyəti qurumlara səslənib:
"Televiziya kanallarına rəhbərlik edənlər, aidiyyəti qurumlar, hamı gördüyünü, bildiyini həqiqətənmi görmür, yoxsa görməzdən gəlirsiniz?! Bu laqeydliyiniz apardıqca aparır bizi uçuruma. Nədir məqsəd bu dərəcədə əxlaqsızlıq və mənəviyyatsızlığı təbliğ etməkdə? Niyə bütün imkanlar əlinizdə ola-ola bu tərbiyəsizliyin qarşısını almırsınız? Niyə qadağalar tətbiq olunmur?
Ən acınacaqlı hal isə az sayda olan normal televiziyaların, peşəkar işçilərinin, min bir zəhmətlə yaxşı verilişlərin ərsəyə gəlməsinə əmək qoyanların adlarının ümumi axının içində "hamısı eyni şeydir..." adı ilə hallanmasıdır.
Heç kim erasının bitdiyini, onun sosial şəbəkələrə uduzduğunu deməsin. Belə olsaydı, bu gün televiziya müzakirələri bu cür geniş vüsət almazdı. Deməli, cəmiyyət normal televiziya arzusundadır!".
Televiziyada olanlara etiraz edənlər arasında Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasına Şura üzvü Telli Pənahqızı da yer alıb. O, aparıcıların cəzalandırılmasını tələb edib:
"Müğənniciklər"i niyə qınayırsınız ki? Onları "müzakirə mövzusuna" çevirib biabır edən "hər şeyə qadir olan" aparıcılardır. Qadağanı onlara qoymaq, cəzanı da onlara vermək lazımdır. Çalıb-oxuyanlara ətökən suallar verən, onların həyatını eşələyən, gic-gic məsləhətlər verib insanlıqdan çıxaran da elə "aparıcılar"dır. Efiri 2-3 saat dayandırmaq qadağası belə onlara kar eləmir! Bağlayın, bu proqramları, cənab TV sahibləri, caamatın əsəbi ilə bu qədər oynamaq olmaz! Pulu da halallıqla qazanın, övladlarınıza haram yedirməyin!Dili söz tutmayan, dünyanın gərdişini bilməyənləri həyatın girdabına sürükləyib reytinq dalınca düşməyin! Bu televiziyaçılıq, heç şou- biznes də deyil, bu göz görəsi milləti təhqirdir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq
-
Qubada 30 yaşlı kişi dəm qazından boğularaq öldü





