Şou-biznes

Məşhur müğənni vəfat etdi

8 Fevral 2026 09:28
Baxış: 334
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-nin "3 Doors Down" rok-qrupunun solisti Bred Arnold 47 yaşında vəfat edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə qrupun sosial media səhifəsində dərc olunmuş açıqlamada bildirilib.

Qeyd olunub ki, o, xərçəng xəstəliyindən əziyyət çəkirdi. 2025-ci ilin may ayında Arnold ona böyrək xərçəngi diaqnozu qoyulduğunu elan etmiş, bununla bağlı qrupun yay turnesi ləğv olunmuşdu.

"3 Doors Down" qrupu 1996-cı ildə Missisipidə yaradılıb. Qrup 2000-ci ildə işıq üzü görən debüt albomu "The Better Life" ilə tanınmağa başlayıb. Onların ən məşhur mahnıları arasında "Kryptonite" və "Here Without You" kompozisiyaları da var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.