"Kızılcık Şerbeti"nin Fatihi göz yaşları içində setlə vidalaşdı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Kızılcık Şerbeti" serialında "Fatih Ünal" xarakterinə həyat verən Doğukan Güngör narkotik maddə testinin müsbət çıxmasından sonra layihədən kənarlaşdırılıb. Kanalın qərarı ilə çəkilmiş kadrları silinən və tanıtım çarxlarından çıxarılan aktyor üçün setdə vida mərasimi təşkil olunub.
Milli.Az xəbər verir ki, ötən həftə məşhur simalara qarşı keçirilən narkotik əməliyyatı çərçivəsində saxlanılan Doğukan Güngörün qan və saç nümunələrində qadağan olunmuş maddələr (kokain və marixuana) aşkar edilib. Bu xəbərdən sonra "Show TV" rəhbərliyi aktyorla müqaviləni dərhal ləğv edib. Onun çəkildiyi hazır bölümlər zibil qutusuna atılıb, afişalardan isə şəkli silinib.
Bu gün set heyəti Doğukan Güngör üçün vida tədbiri keçirib. Serialın çəkildiyi evə dəvət edilən aktyor həmkarlarının alqışları qarşısında duyğularını cilovlaya bilməyib və göz yaşlarına boğulub.
"Bu evdə 3 il yarımım keçib, ruhumla yaşadığım gözəl səhnələrim olub. Aktyor və Doğukan olaraq bu, yəqin ki, ən çətin səhnəmdir... Hazırda hiss etdiyim bu dağıntı altından aktyorluğa olan eşqim və özümə inamımla çıxacağıma əmin ola bilərsiniz." - deyə Güngör qeyd edib.
Serialda onun atası "Abdullah bəy" obrazını canlandıran ustad sənətkar Ahmet Mümtaz Taylan aktyoru qucaqlayaraq ona dəstək olub. "Doğukan, sən deməyə söz buraxmadın, amma biz sənə inanırıq və səni çox sevirik. Gələcəkdə yenidən birlikdə işləyəcəyimizə əminik. Gənc adamın başına hər iş gələ bilər." deyə bildirib.
Məlumata görə, "Fatih Ünal" obrazı hekayədən çıxarılmayacaq. Bu rolu canlandırmaq üçün artıq aktyor Emre Dinler ilə razılıq əldə olunub.
Lalə Qüdrətova
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq





