Hazırlıqları sürətlə davam edən "Delikanlı" serialı üçün yeni bir aktyorla müqavilə imzalanıb. Mert Ramazan Demir və Mina Demirtaşın baş rolları paylaşacağı məlum olan layihəyə ekranların sevilən simalarından biri daxil olub.
Milli.Az xəbər verir ki, serialın heyətinə qatılan yeni isim uğurlu aktyor Salih Bademci olub. O, ötən mövsüm "Sakıncalı" serialında baş rolda çıxış etsə də, həmin layihə gözlənilən reytinqi yığa bilmədiyi üçün erkən final etmişdi. Aktyorun qısa fasilədən sonra iddialı bir layihə ilə qayıtması pərəstişkarları tərəfindən sevinclə qarşılanıb.
Bu transferin ən maraqlı tərəfi isə Salih Bademcinin illər öncə "İstanbullu Gelin" serialında birlikdə işlədiyi rejissorla yenidən eyni layihədə bir araya gəlməsidir.
Lalə Qüdrətova
Milli.Az





