Şou-biznes

Vüsalə qalmaqal yaşadığı müğənni ilə belə BARIŞDI - VİDEO

15 Yanvar 2026 11:32
Baxış: 1 289
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Türkan Vəlizadə ilə aparıcı Vüsalə Əlizadə arasında yaşanan gərginlik sona çatıb.

Milli.Az xəbər verir ki, ifaçının meyxanaçılarla eyni efirdə yer almaqdan imtina etməsi səbəbindən aparıcı Vüsalə Əlizadə ilə aralarında qalmaqal yaranmışdı. Bu hadisə bir müddət mediada və sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilmişdi.

Lakin tərəflər arasındakı bu küsülülük uzun çəkməyib. Məlumata görə, aparıcı və müğənni verilişlərin birinin kulisində qarşılaşıb və aralarındakı küsülülüyə son qoyublar. Beləliklə, Türkan Vəlizadə ilə Vüsalə Əlizadə arasında olan soyuq münasibətlər aradan qalxıb, tərəflər "buzları əridiblər".

Musa
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.