Şou-biznes

Telli Borçalının hücum çəkdiyi mühafizəçi DANIŞDI - FOTO

14 Noyabr 2025 16:30
Baxış: 1 023
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Xəbər verdiyimiz kimi, Aşıq Telli Borçalı ilə ARB TV-nin Əcəmi adlı əməkdaşı arasında mübahisə yaşanmışdı.

Milli.Az xəbər verir ki, buna səbəb onun mahnısının 10 saniyəlik hissəsinin səhv yayımlanması olmuşdu.

Aşığın hücum çəkdiyi ARB TV-nin əməkdaşı sözügedən hadisədən danışıb:

"Texniki problemlərə görə mahnının ilk 10 saniyəsi səslənmədi. Buna görə hadisə yaşandı. Xahiş etdik ki, yenidən mahnını verək. İkinci dəfə təkrar olunma Telli xanımın xətrinə dəydi. Reklam fasiləsində anidən otağa girib, musiqi redaktorumuzun üstünə getməyə başladı. Efir otağıdır, ora kənar şəxsin daxil olması qadağandır. Xahiş etdim ki, problemi kənara çıxıb həll edək. Bəlkə, əsəbiləşib gəlib, sadəcə iddiadır, dediyim. Əsəbini bizim üzərimizə tökdü. Televiziyadır, hər şey ola bilər. Texnikadır, illərin sənət adamıdır, bunu bilir. Bu məsələdə insan amili yoxdur".

Musa
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.