Səidə Dadaşova 10 ildir anası ilə damışmır: Dedi ki, qonaqlar gəlir, sizi görməsinlər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mərhum Xalq artisti Rafael Dadaşovun qızı Səidə Dadaşova anası Sədaqət Dadaşova ilə 10 ildir danışmadığını açıqlayıb.
Milli.Az xəbər verir ki, bu barədə o, "Öz aramızda" verilişində danışıb.
Səidə küsülülüyün səbəbindən söz açıb:
"Hamının ayağına getməkdən, axtarmaqdan yoruldum. İstəyirəm, artıq mənə doğru gəlsinlər. Mənim balam övlad deyil? Başqasınınki uşaqdır, mənimki yox? Kiminsə ad gününə gedirlər, mənim övladımın ad gününə çağırıram gəlmirlər. Niyə? Niyə hamının ad günü mənim yadımdadır, amma mənimki yadlarında deyil. Həmişə atam zəng edərdi ki, qızımı təbrik etmisiniz? Bilirsiniz nə vaxt qırıldım? Oğlum iki aylıq idi, o da 1 kilo 200 qram doğulmuşdu. İradə xalamgilə getdik, Yeni il idi. Dedim, ana sadəcə aş bişir uşaqla 5-10 dəqiqəlik gələcəyik. Dedi, gəl, amma təklif etmədilər burada qeyd et. Getdim, uşağı bələmişdik, həyat yoldaşımla o biri otağa keçdik, mən xalamın evində yad kimiyəm. Dedim, ana aş bişirmisən? Mən 5-10 dəqiqə buradayam, amma heç o qədər gözləməyə də icazə vermədilər. Dedilər ki, o biri xalan qonaqları ilə gəlir, sizi görməsinlər. Ümumiyyətlə bizi görmək istəmirdilər. İki aylıq uşaqla biz çıxdıq. Heç aşı da götürmədim, gəldik evə, süfrə açdıq, uşağa Şaxta baba paltarı geyindirdim, eyvana çıxdıq. Dedim, Allah, sən məni heç kimə möhtac etmə. Hər ailədə münaqişə olur, əgər sən qarşı tərəfi istəmirsənsə, heç olmasa mənə görə keç, mən varam. Elə olur, kürəkəni sevmirlər, amma övladına görə keçirlər. Mənə görə heç nəyi keçməyiblər. Axı mən başqa yerdə gəlinəm, məni niyə əzirsiniz? Siz əzəndən sonra onlar da əzər. Şükür ki, mənim çox gözəl qayınanam var, qayınatam da gözəl insan idi. Bu tərəfdən mənə motivasiya idi. Dünyaya qız gəlmək çox çətindir, gəlin olanda da başın qaxınclı olur, deyirlər, gördün, səni axtarmır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Evdə köhnə 2 qəpik varsa, yoxlayın - Bu sikkə 4 min manata satılıb - (Video)
-
Prezident İlham Əliyev: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür
-
Zlatan Ibrahimoviçdən Arda Güler barədə: “Hər dəfə onu seçərdim”
-
Prezident İlham Əliyev: Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq
-
Prezident İlham Əliyev: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
-
Prezident İlham Əliyev: Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir
-
Bu gün "Formula 1"in qalibi bəlli olacaq
-
Prezident İlham Əliyev: Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir
-
Prezident İlham Əliyev: Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var
-
Prezident İlham Əliyev: Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər
-
Pezeşkian Tramp ilə görüşün şərtini açıqladı
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Foto)
-
Azərbaycanda vulkan püskürdü
-
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
-
Mandarin alarkən mütləq bu işarəyə baxın: Şirin və şirəli olanı belə bilinir
-
Bu 3 tarixdə doğulanların payızda həyatı dəyişəcək
-
Bədənin əsl yaşı gözlərdə gizli imiş
-
Qrip və soyuqdəymə zamanı sağalmanı tezləşdirən qidalar
-
Tam buğda və ya qarabaşağı unudun: Ən sağlam un ortaya çıxdı
-
Bəxt və uğur üçün hər gün deyilməli olan 5 söz
-
Bakıda ev qiymətinə “07” satılır - (Foto)
-
“İçərişəhər”də hərəkətin təşkili kameralarla tənzimlənəcək - (Video)
-
Zarina uşaqlıq arzusunu gerçəkləşdirdi
-
Rusiyada xaricilərin hərbi xidmət qaydaları dəyişdirildi





