Səhnədə Cennifer Lopezə belə evlilik təklifi etdilər - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünyaca məşhur 55 yaşlı müğənni və aktrisa Cennifer Lopez səhnədə bir fanatının etdiyi evlilik təklifinə verdiyi cavabla diqqət çəkib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, "Up All Night" turu çərçivəsində səhnəyə çıxan Lopez tamaşaçılar arasında bir fanatın qaldırdığı "JLo, mənimlə evlənərsən?" yazılı plakatı görüb.
Plakatı ucadan oxuyan sənətçi, mikrofona verdiyi səmimi cavabında evlilik məsələsində artıq qərarını verdiyini açıq şəkildə bildirib.
"Deyəsən o dəftəri bağladım. Bəli, bir neçə dəfə sınadım", - deyən Lopez dördüncü evliliyi olan Ben Affleckdən ayrıldıqdan sonra artıq evlilik haqqında düşünmədiyini bildirib.
Cennifer Lopezin keçmiş evlilikləri
Cennifer Lopez indiyə qədər dörd dəfə evlənib. İlk evliliyini 1997-ci ildə Mayamidə ofisiant işləyən Ojani Noa ilə qurub. Lakin bu evlilik yalnız 11 ay davam edib.
2001-ci ildə rəqqas Cris Judd ilə ailə qurub. Onlar Lopezin "Love Don't Cost A Thing" klipinin çəkilişləri zamanı tanış olublar. Bu evlilik də cəmi 9 ay çəkib.
Ən uzunmüddətli evliliyini isə Latın musiqisinin tanınmış ifaçısı Marc Anthony ilə yaşayıb. Cütlük 2004-cü ildə evlənib, 2008-ci ildə onların Max və Emme adlı əkiz övladları dünyaya gəlib. Lakin evlilik 2011-ci ildə bitib, rəsmi boşanma isə 2014-cü ildə tamamlanıb.
Cennifer Lopez 2016-cı ildə verdiyi bir müsahibədə bu evliliklə bağlı belə demişdi:
"Bu, xəyal etdiyim evlilik deyildi. Acılarla və məyusluqla yaşamaq asan olardı, amma Marc uşaqlarımın atasıdır. Buna görə də hər şeyi düzəltmək üçün çox çalışdım. Bu, həyatımda etdiyim ən çətin iş idi".
Ben Affleck ilə ikinci şans da uzun sürmədi
Lopez daha öncə bir neçə dəfə nişanlanmışdı. Son nişanlısı keçmiş beysbolçu Alex Rodriguez idi. Onlar 2021-ci ildə ayrıldılar. Ardınca Lopez illər əvvəl nişanlanıb sonradan ayrıldığı Ben Affleck ilə yenidən birlikdə olmağa başladı. Cütlük 2022-ci ilin iyulunda evləndi. Lakin bu evlilik də çox uzun sürmədi. Lopez 2024-cü ilin avqust ayında - evliliyinin ikinci ildönümündə - boşanma ərizəsi verdi. Boşanma prosesi 2025-ci ilin yanvarında başa çatdı.
Ben Affleckin əvvəlki həyat yoldaşı Cennifer Garnerdən üç övladı var: Violet (19), Fin (16) və Samuel (13).
Kənan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





