"Deyərdi ki, "Siz Xalq artisti olsanız da, ifanızda məktəb yoxdur"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əməkdar artist Teymur Əmrah diqqətçəkən açıqlamalr verib.
Milli.Az xəbər verir ki, bunu "Qapqara" yutub layihəsiə danışan sənətçi musiqimizin bu yolla xilas olacağını bildirib:
"Düzdür, çox gecdir. İttifaqlar mənə tabe olsaydı, musiqimizi düzəldərdim. Tək mədəniyyət naziri vəzifəsinə işləməklə Azərbaycan mədəniyyətini xilas etmək mümkün deyil. Çünki reklam ən çox efirdən gedir. Televiziya Şurası mənim balansıma gəlməlidir. Bu gün 4 kanal var ki, mən onları bağlayardım. Ehtiyac yoxdur verlilişləri dəyişməyə. Balaca ölkəyə 4 kanal bəsdir. Bu 4 kanalda da intellektual verilişləri artırardım. Qoy, xalq instaqramda, tik-tokda hara istəyirlərsə baxsınlar. Vaxt gələcək və oyanacaqlar ki, kanallarda intellektual verilişlər gedir. Və Mədəniyyət Nazirliyinin balansında olan teatrlarda, filarmoniyalarda, mədəniyyət şöbələrində, muzeylərdə çox güclü attestasiya keçirərdim. Problem müstəqil kanallardadır. 3-4 il əvvəl cənab Prezident mədəniyyət xadimlərini qəbul etdi. Orada Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə xahiş etdi ki, televiziyalarda Bədii Şura olsun. Onlar da dediki, olsun. Azərbaycan Dövlət Televiziyasına Bədii Şuraya lazımi adamlar seçildi. Deyək ki, orada Xalq artistləri Mübariz Tağıyev, Faiq Sücəddinov var. Müstəqi kanallara isə toyxanadan gəlib, hansısa yollarla Xalq artisti adına kimi qalxanı gətirib, Bədii Şuraya rəhbər qoydular. Xalq artisti Xuraman Qasımova Azərbaycan Dövlət Televiziyasının Bədii Şurasındadır. O, özü gəlib "Xəzər TV", ARB, ATV kanalında Bədii Şurada olsaydı, toyxanadan gəlib Xalq artisti olanları efirə buraxmayacaqdı. Deyərdi ki, "Siz Xalq artisti ola bilərsiz, amma ifanızda estetika, məktəb yoxdur. Siz keyfiyyətli özfəaliyyət ifaçısısınız. Siz Bədii Şurada otura bilməzsiniz". Yəqin kimsə lazım olan insanlara deyib ki, bizim arağı da, özfəaliyyət müğənnisini də reklam etməyə ixtiyarımız var. Çünki buraya pul ödənilir, özümüz-özümüzü maliyyələşdiririk".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq





