"Sən, camaatın yanında kişiliyini kimə sübut etmək istəyirsən?"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Evlənəndən artıq narkotikdən sağalmışdım. Adam kimisə bədbəxt etməz. Bəzilərinin axmaq düşüncə tərzi var: Evlən düzələcək. Necə yəni? Bu düzəlsin, sonra evlən də. O qədər belə ailələr var ki... Həm də insan həyatı ilə təcrübə aparmazlar. Niyə kimisə bədbəxt edirsən? Pişik deyil. İnsanın pişiyi də öləndə ona təsir edir. Cəza yoxdur deyə, belə olur. Kişi də, qadın da istəyəndə boşanır. Ailəni qoruyan qadındır. İnsan sənə pis təsir edəcək hərəkəti ardıcıl edirsə, bu, səhv deyil. Səni itirmək üçün həyat tərzidir. Sənə hörmət etsə, bir-iki dəfə edər. İnsana şans vermək lazımdır. Lakin elə məsələlər var ki, şans vermək olmaz. Bir dəfə gəlirəm dünyaya, onu da sənə qurban edim? Hamı rahat yaşamaq istəyir".
Milli.Az xəbər verir ki, bu sözləri meyxanaçı Rüfət Nasosnu "Həftənin qonağı" verilişində deyib. O, xanımı ilə münasibətlərindən danışıb:
"Həyat yoldaşımı əvvəldən tanımırdım. Tibb bacısıdır. Diş həkiminə gedəndə tanış oldum. Təzə tanınan vaxtlarım idi. Övladımın olmamağı mənə əziyyət vermir. Qismətdir. Allah verər nemətdir, verməz qismətdir. Müalicəyə gedəcəyik. Övladımız olmasa da ayrılmayacağıq. Müqəddəs bir şey deyil ki, ona görə xanımımdan ayrılım. Övlad naxələf də çıxa bilər. O qədər olub ki, beş övlad bir ata-ananı yola verə bilməyib qocalar evinə qoyub və ya əziyyət veriblər. İnsan öləndə əməl dəftəri bağlanır, savab dəftəri isə açıq qalır. Özündən sonra yaxşı övlad qoyarsan, yaxşı əməllər edər, sənə rəhmət deyərlər. Çətindir. Hər şeyi övladın yolunda qurban verirsən, amma ailə qurandan sonra dəyişir".
Meyxanaçı hazırda ailələrin dağılmasını öz həyat tərzlərini başqalarınkı ilə müqayisə etməkdə görür:
"Ailələr müqayisələrə görə dağılır. Görürsən ki, qonşuda bu var, məndə niyə olmasın? Gərək sosial şəbəkələrdən uzaq olsan. Çox ailələrin dağılmasının səbəbi budur. Baxırlar, deyirlər filankəs bunu etdi. Kişini kiminləsə müqayisə etdin, vəssalam. Onda kişi sənin yanında özünü kişi kimi hiss etmir. Amma gərək kişi də sənə dəyər versin. Vay o gündən ki, cəmiyyətin içində kişi qadının üstünə qışqırar, amma evdə gəlib könlünü alar. Kül elə münasibətin başına. Sən, camaatın yanında kişiliyini kimə sübut etmək istəyirsən? Kişi ailəsinin yanında kişi kimi olar". /Axşam.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq
-
Qubada 30 yaşlı kişi dəm qazından boğularaq öldü





