Şou-biznes

Ermənilər daha bir məşhur mahnımızı oğurladı - VİDEO

24 Aprel 2025 16:45
Baxış: 638
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənilərin Azərbaycan musiqi irsinə qarşı plagiat halları yenidən gündəmə gəlib.

Milli.Az xəbər verir ki, bu dəfə hədəfdə böyük bəstəkar Ələkbər Tağıyevin bəstəsi, xalq artisti Nisə Qasımovanın repertuarına daxil olan məşhur "Eşqimi sönməyə qoymaram" mahnısıdır.

Bu barədə tanınmış müğənni və prodüser Murad Arif şəxsi sosial media hesabında məlumat paylaşıb.

O, uzunmüddətli müşahidə və araşdırmalardan sonra mahnının erməni müğənni Saro Tovmasyan tərəfindən ifa olunaraq yutub platformasında yayımlandığını aşkarlayıb:

"Ermənilərdən növbəti mənimsəmə: Ələkbər Tağıyev bəstəsi "Eşqimi sönməyə qoymaram"ı oğurlayıblar. Böyük sənətkarımız Nisə Qasımovanın repertuarından olan nəğmədən bəhs edirəm! YouTube-da Saro Tovmasyanın ifasına reaksiya göstərmək lazımdır" .

Qeyd edək ki, bu ilk hal deyil. Ermənistan tərəfindən Azərbaycan musiqi irsinin müxtəlif nümunələrinin mənimsənilməsi və öz adlarına çıxarılması faktları illərdir davam edir. 

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.