Şou-biznes

Xoşqədəm anasının vəfatından sonra ilk dəfə efirə çıxdı - VİDEO

17 Aprel 2025 22:43
Baxış: 2 057
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aparıcı Xoşqədəm Hidayətqızı anası Ofeliya Baxşəliyevanın vəfatından sonra ilk dəfə efirə çıxıb.

Milli.Az xəbər verir ki, aparıcı bu gün "Səni axtarıram" proqramında izləyiciləri salamlayıb. O, anası haqqında danışaraq qəhərlənib və göz yaşlarına hakim ola bilməyib:

"Salamlayıram hər kəsi. Bu gün anan məni izləmir. İlk dəfədir ki, onsuz efirə çıxıram. Əməliyyatdan sonra belə televizoru açıb ekranda mənə dua edirdi. Əsəbiləşəndə Allahdan mənə səbr diləyirdi. lazım gələndə tənqid edirdi. 15 il sonra verilişə tək çıxdım. Qanadları qırıq. Yoldu qanadlarımı (ağlayır). Burada çox talelər izlədim, anası dünyasını dəyişən inanları qucaqladım, amma bugünkü qədər onları hiss etmədim. İçimdəki isti onlar qucaqlayamda yox idi, indi isə var. Ana böyük qüvvədir. Onu heç kim əvəz edə bilməz. İndi anasız bir qız kimi bu sözü deyirəm".

Qeyd edək ki, Xoşqədəm bir müddət əvvəl verilişində həm atasında, həm də anasında xərçəng xəstəliyi aşkarlandığını, atasının Türkiyədə ağır əməliyyat keçirdiyini bildirmişdi. Onun anası bir neçə gün əvvəl vəfat edib. (Axşam.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.