Ölümə meydan oxuyan aktyor: Dublyor olmadan əfsanəyə çevrildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əsl adı Fahrettin Сureklibatur olan Cüneyt Arkın 7 sentyabr 1937-ci ildə Türkiyənin Eskişehir şəhərində anadan olub.
Türk kino tarixinin ən məşhur aktyorlarından biri Cüneyt Arkın xüsusən döyüş və macəra filmləri ilə tanınıb.
O, İstanbul Universitetinin Tibb fakültəsini bitirib və bir müddət həkim kimi çalışıb. Lakin 1963-cü ildə "Artist" jurnalının keçirdiyi müsabiqədə birinci yeri qazandıqdan sonra bütün diqqətini kino karyerasına yönəldib. Onun ilk rolu 1964-cü ildə çəkildiyi "Gurbet Kuşları" filmində olub və bu filmlə Arkın tanınmağa başlayıb.
Cüneyt Arkın 1960-1980-ci illərdə türk kinosunun ən məşhur aktyorlarından biri olub. Karyerası ərzində "Malkoçoğlu", "Battal Qazi", "Kara Murat", "Dünyanı xilas edən adam" kimi filmlərdə baş rolları canlandırıb. Xüsusilə döyüş və tarixi filmlərdə döyüş səhnələrini canlandıran qəhrəmanlıq obrazları ilə tanınıb.
İki dəfə ailə həyatı quran aktyorun ilk evliliyindən bir qızı, ikinci evliliyindən isə iki oğlu olub. Oğlu Murat Arkın da aktyor olaraq atasının yolunu davam etdirib.
Cüneyt Arkın filmlərdəki döyüş səhnələrində bütün akrobatik fəndləri özü yerinə yetirib və nəticədə dəfələrlə ağır xəsarətlər alıb. Gəncliyində gimnast olduğu üçün o, filmlərində at belində inanılmaz akrobatik hərəkətlər, tullanmalar, çevik döyüş fəndləri nümayiş etdirib.
Cüneyt Arkın tibb təhsilli olduğundan filmlərinin çəkilişi zamanı xəsarət alan çəkiliş qrupunun üzvlərinə ilkin tibbi yardımı özü göstərib. O, çəkiliş meydançasında rejissor və aktyor olmaqla yanaşı, bir növ "sahə həkimi" kimi də çalışıb.
Aktyor 2022-ci il iyunun 28-də 85 yaşında İstanbulda ürək dayanması səbəbindən dünyasını dəyişib. Səhhətində ölümündən bir neçə il əvvəl problemlər yarandığından o, dəfələrlə xəstəxanaya yerləşdirilib. Sonuncu dəfə İstanbulun Beşiktaş bölgəsindəki özəl xəstəxanaların birinə aparılsa da, həkimlərin bütün müdaxilələrinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb. Onun vəfatı türk kino sənayesi və pərəstişkarları üçün böyük itki olub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq
-
Qubada 30 yaşlı kişi dəm qazından boğularaq öldü
-
Hava şəraiti ilə bağlı xəbərdarlıq





