"Mən onun köləsi deyiləm, şükür Allaha, 19-a yaxın..."
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Əvvəl məqsədim rol almaq, daxilimdəkini göstərmək idi ki, sən buna qadirsən. Yoxsa mən niyə gedim filmə çəkilim? Pul verirlər? Vermirlər. Xarici ölkələrdə milyonlar verirlər. 36 milyon, yox, 38 milyon olmalıdır. 2 milyonun davasını edirlər. Biz burada qəpik-quruş alırıq. Amma bizim aktyor tayfası nə qədər bu sənəti sevir ki, pulsuz-parasız özlərini şəhid edirlər".
Milli.Az xəbər verir ki, bu sözləri Əməkdar artist Gülşad Baxşıyeva "Podkast kimi adam" yutub layihəsində deyib. Aktrisa həmkarlarının aldığı qonorarlardan şikayətlənib:
"Bunu teatrlarda gördüm. Baxıram ki, gündə çıxıb rol oynayır, özünü öldürür. Düşünürəm ki, onda can qalmaz, buradan xərəkdə apararlar. Amma yenə səhnəyə çıxır. Çünki sənətini sevir. Adam var, tanıyıram, özünə də demişəm ki, səhnədən niyə minnət qoyursan mənə. 600 nəfərlik zalda bir nəfər olur ki, başa düşür. Siz, səhnədəki 40 nəfər aktyor pul verib gələn o şəxs üçün oynamalısınız.
Bu dəqiqə sənət biznesə dönüb. Son dövrlər bəzi şeylər xoşuma gəlir. Əvvəl pis idi, getdikcə yaxşılığa doğru gedir. Amma görək hamı eyni yaşanır? Eləsi var biznes kimi baxır. Gözündə ancaq puldur. Buna mənəvi ixtiyarın yoxdur. Ora təbliğat maşınıdır. Əvvəl biz oradan nəsə öyrənmişik, indi gənclər nəsə götürməlidir. Problemlər çoxdur, düzələcək yavaş-yavaş".
G.Baxşıyeva hansı səbəblərdən filmlərə çəkilmədiyinə aydınlıq gətirib:
"Bəzi "rejissorlar" olub ki, çəkilişin ikinci günü hər şeyi qoyub çıxıb getmişəm. Başa düşmüşəm ki, onlarla çəkilmək mümkün deyil. Çünki onlar bilmirlər nə çəkirlər. Bilirlər, sadəcə mənə uyğun deyil. Bəzi rejissorların gözündə aktyor ən aşağı pillədə duran məxluqdur. Elə deyil. Sənin filmini ərsəyə gətirən aktyordur. Ona yanaşman fərqli olmalıdır. Gənclərdə yanaşma fərqlidir. Komandadır gəlib, oturdular divanda, monitorda işləyirlər. Aktyor gəlib-gəlməyib maraqlanmırlar. Aktyor bütün günü çəkiliş meydançasında olmalı deyil, epizoduna çəkilib getməlidir. Ona görə də son vaxtlar çəkilişlərə getmirəm. İncəsənət Universitetinin uşaqlarından təklif alanda çəkilirəm. Başqa kimi çəkməlidirlər ki?
Bir dəfə biri zəng edib, sponsordur. Başladı filmin ssenarisini mənə danışmağa. Demək lazımdır ki, sizi filmə çəkmək istəyirik, ssenarini göndərək, bəyənsəz razılıq verin. 1 saat danışır telefonda. Deyir, bilirsiniz kimlər çəkilir, filankəslər. Cavab verdim ki, mən nə edim? Ürəyimdə artıq ona "yox" demişəm. Çünki davaranışı xoşuma gəlməyib. Dedim nəyi danışmaq lazımdır, ssenarini oxumalıyam, bir də pulunu de mənə. Dedi yaxşı, danışarıq. O, danışarıq indiyə qədər danışırıq. Üzr istəyirəm, sən ağıllısan, pul qazanmaq istəyirsən? Bu aktyor-aktrisa küt adamlardır? Abırına sığınıb deyəcək "yaxşı". Amma sən o filmin hesabına 250 minlik maşın alacaqsan. Ona görə də filmlərə çəkilmirəm. Normal düşüncəyə malik olan insanlarla çəkilirəm. Mən onun köləsi deyiləm. Bu mənim sənətimdir, amma o demək deyil ki, onu ucuz tuturam. Şükür Allaha, 19-a yaxın filmim var". (Axşam.az)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Sibel Canın lüks avtomobilinə həbs qoyuldu
-
Xalq artisti: “Məktəb vaxtı 2-3 oğlanı sevirdim, adam yerinə qoyub üzümə baxmırdılar” - (Video)
-
Bahar Lətifqızı: "Oturduğum yerdə 18 min ziyana düşdüm"
-
“Aşk-ı Memnu”nun aktyoru peşəsini dəyişdi (Foto)
-
İpek Erdem uzun illərdən sonra - tanımaq olmur - (Foto)
-
Firəngiz Mütəllimova ailə qurmamasının səbəbini açıqladı
XƏBƏR LENTİ
-
Sibel Canın lüks avtomobilinə həbs qoyuldu
-
Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün yeni imkan
-
Jurnalistləri döyən şəxsləri hansı cəza gözləyir?
-
Oğlunun Salahla meydana çıxması üçün 100 milyon ödədiyi deyilən iş adamı təhdid olundu
-
Xocalıda icazəsiz at sürənlər cərimələndi
-
"Qalatasaray"ın futbolçusu nəhənglərin transfer siyahısında
-
Xalq artisti: “Məktəb vaxtı 2-3 oğlanı sevirdim, adam yerinə qoyub üzümə baxmırdılar” - (Video)
-
Azərbaycan millisi Mozambikə qalib gəldi
-
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama
-
Qız övladı dünyaya gətirən xanımına 400 min dollarlıq maşın hədiyyə etdi - (Video)
-
Bahar Lətifqızı: "Oturduğum yerdə 18 min ziyana düşdüm"
-
Sərnişinlər qatarlarda ən çox bunları unudurlar - Siyahı
-
Dünya çempionatında 3 güləşçimiz məğlub oldu
-
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yarada bilər
-
Kartdan-karta köçürmələrə niyə limit qoyuldu? - Sədrdən açıqlama
-
İntensiv yağış yağacaq - Proqnoz verildi
-
Ölkədə bu maşınlardan şəxsi istifadə qadağan olunur
-
Əli Əsədov Gürcüstana gedir
-
225 saylı məktəbdə jurnalistlərə hücum edən şəxslə bağlı yeni faktlar
-
Paşinyan onu işdən azad etdi
-
İranda zəlzələ oldu
-
Azərbaycanda qadınların orta çəkisi kişilərdən çoxdur
-
Azərbaycan XİN Türkiyəni təbrik etdi
-
Azərbaycanda həbsxanalarda 21 uşaq doğulub





