"Bu məqamlarda Alim Qasımova mən müəllimlik edirdim"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Vaqif Gərayzadə, Cavanşir Quliyev, Eldar Mansurov - bu üç şəxs mənim həyatımda önəmli insanlardır".
Milli.Az xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova "Qonaqcanlı" verilişində qonaq olarkən deyib. Pop kraliça Vaqif Gərayzadə ilə tanışlığını belə xatırlayıb:
"Son zəng"dən sonra elə məktəb formasında düz İncəsənət Universitetinin arxasındakı məşq yerinə getdim. Dedim ki, mən oxumaq, sizinlə çalışmaq istəyirəm. Vaqif müəllim hələ mənə qulaq asmayıb mahnı verirdi. Bu, tilsimli məqam idi. Birdən ayıldı ki, dayan görüm, oxuya bilirsən, nə ifa edəcəksən? Rasim İmanovun "Gerçəklərim yalan oldu" mahnısını pianinoda ifa etdim. Sonra özü çaldı, mənə onu oxu, bunu belə oxu dedi. Və həmin gün mənə 2 mahnı verdi".
Kazımova Xalq artisti Alim Qasımovla bağlı xatirəsini bölüşüb:
"Aypara" qrupunda adətən dəyişməz solist Alim Qasımov olaraq qalırdı. O, olmayanda Elçin Cəlilov olurdu. Allah ona rəhmət eləsin. Adətən estrada mahnılarını Alim Qasımova mən göstərirdim. Nə qədər də olmasa, muğam ifaçısı üçün estrada mahnısının ritmləri onlara yad janrdır deyə, bu tərzdə mahnı ifa etmək bir az çətin gəlirdi. Bu məqamlarda Alim Qasımova mən müəllimlik edirdim. Böyük çıxmasın. Mahnını kontasını, melodiyasını ifa edirdim ki, yadında qalsın.
Adətən Vaqif müəllim yeni mahnılarını mənə göstərirdi, onları əzbərləyirdim. Bütün mahnıları gözəl, qəşəng, səliqəli şəkildə dəftərlərə yazırdım. Mən gələnə qədər Vaqif müəllimin bütün mahnı sözləri vərəqlərdə, dağınıq şəkildə idi. Gəldim, səliqə yaratdım, əlaçı olmuşam axı, hamısını səliqəli yazırdım. Adları, başlıqları ilə qırmızı qələmlə altından xətlər çəkirdim. Birinci kuplet, ikinci, nəqarət və sair. Beləcə, Vaqif müəllimin gözəl bəstələrinin hamısını bir yerə cəmləyirdim. Elə bil bir növ Vaqif müəllimin köməkçisi idim. O, bizə dərs olaraq tapşırırdı ki, görkəmli muğam ifaçılarımızı, dünya ulduzlarını, əsas caz ifaçılarını dinləyin. Mən, Zülfiyyə Xanbabayeva, bütün komanda onun sözünə qulaq asırdıq". (Axşam.az)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Qızıma deyirəm ki, döz" - Nahidə Orucova
-
Manaf Ağayev qardaşının vəsiyyətini yerinə yetirdi
-
Zenfira İbrahimovadan Ofelyaya sərt cavab: “Pul verib çıxdığı üçün...” (Video)
-
Məşhur xanəndə anasının xəstəliyindən danışıb ağladı: "Yeriyə bilmir" (Video)
-
Sibel Canın lüks avtomobilinə həbs qoyuldu
-
Xalq artisti: “Məktəb vaxtı 2-3 oğlanı sevirdim, adam yerinə qoyub üzümə baxmırdılar” - (Video)
XƏBƏR LENTİ
-
"Qızıma deyirəm ki, döz" - Nahidə Orucova
-
Balıq qızardarkən una bir qaşıq əlavə edin: İçi yumşaq, çölü xırçıltılı
-
Bazarlarda meyvə-tərəvəz bahalaşıb - (Video)
-
Manaf Ağayev qardaşının vəsiyyətini yerinə yetirdi
-
Günün qoroskopu: Rəhbərinizdən yaxşı xəbər gözləyə bilərsiniz
-
Bakıda yük avtomobilinin törətdiyi qəzadan sonra hərəkət bərpa olunub - Yenilənib - (Video)
-
Dəmir yolu ətrafındakı evlər sökülür - Kompensasiyadan razıdırlar - (Video)
-
"Barselona" Keyn üçün 3 ulduzunu satışa çıxarır
-
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - (Foto)
-
Paytaxtın bu rayonlarında işıq olmayacaq
-
“Bu müharibə baş verərsə, heç kim qalib çıxmayacaq”
-
Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı – 100 illik yubiley gecəsi - (Foto)
-
Eliso Bolkvadze və Maya Tabaqari Akademik Milli Dram Teatrının qonağı olub - (Foto)
-
“Sənət dialoqu” layihəsi çərçivəsində Xaçmazda Xalq artisti Elçin Həşimovla görüş keçirilib - (Foto)
-
Ofelya Məmmədova vəfat etdi
-
Leyla Əliyeva və Alyona Əliyeva Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisinin açılışında iştirak ediblər - (Foto)
-
Ceyhun Bayramovdan diqqətəlayiq jest - (Video)
-
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
-
Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - (Video)
-
Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı
-
Lev Dodin Bakıya özünün “Qağayı” tamaşasını gətirib: Yelizaveta Boyarskaya və İqor Çerneviç Azərbaycandan təəssüratlarını bölüşüblər - (Foto)
-
Ceyranbatanda məktəbdə bir neçə şagird rotavirusa yoluxub - Yenilənib
-
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir
-
Xətai və Suraxanıda qaz olmayacaq





