Şou-biznes

Ərindən Qumrala efirdə sevgi etirafı - kövrəldi - VİDEO

5 Mart 2025 08:59
Baxış: 2 279
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qumralı sevib, ailə qurmuşam. Sevgi olmasaydı bu iş olmazdı. Yaşa dolduqca sevgimiz daha da möhkəmləndi".

Milli.Az xəbər verir ki, bu sözləri müğənni Qumral Musayevanın həyat yoldaşı Natiq "Tarixin bir günü" verilişində deyib.

O bildirib ki, hər zaman xanımına dəstəkdir:

"17 yaşında idi Qumral və onunla ailə qurdum. Təbii ki, bizim rəsmi nikahmız oldu. Bizim bir oğlan və qız övladımız var. İstəmərəm ki, qızım 17 yaşında ailə qursun. İstəyirəm ki, o, yanımda olsun. Mən Qumrala hər zaman dəstəyəm və onun yanındayam. Xanımıma hər zaman can sağlığı arzu edirəm və hər zaman ailəsinin başının üzərində olsun (kövrəldi). Mən efir adamı deyiləm, danışmaqda çətinlik çəkirəm. Mən efirdə olmamışam və olmaq da istəmirəm. Qumrala deyirlər ki, həyat yoldaşınla gəl. Mən isə deyirəm ki, axı gedib mən orada nə danışıcağam. Getmirəm amma efirlər məni yenidən çağırırlar. Qumrala deyirəm ki, sən sənətçisən mənim isə efirə heç bir adiyyatım yoxdur. Mənim öz şəxsi işim var".

Daha sonra Qumral və Natiq proqramda musiqi sədaları altında rəqs edib.  (olay)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.