Xalq artisti 10 min manat maaş alacaq? - “Siyahıda adımı gördüm, sevindim”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Kinostudiya tarixdir, böyük gəlir yeridir. Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) istehsal ediləcək film layihələrinin bədii və texniki qiymətləndirilməsi ilə bağlı Bədii Şura üzvlərinin arasında mənim də adım var. Siyahıda adımı gördüm, sevindim".
Milli.Az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında Xalq artsiti Şeyx Əbdül Mahmudbəyov Kino Agentliyinin tabeliyində yaranan Bədii Şuranın məqsəd və məramını izah edərkən deyib.

Xalq artisti bildirib ki, həftədə iki dəfə tədbir keçirəcəkər:
"Mən bununla bağlı dəfələrlə məsələ qaldırmışdım ki, Azərbaycanın milli kino məbədgahı deyilən bir məkan var - Azərbaycan Film Kinostudiyası, onun fəaliyyətini bərpa etmək lazımdır. Ayıbdır, adam belə sənət ocağını bərbad günə qoymaz, ora bərpa olunmalıdır. Onun bərpası üçün mən illərlədir variantlar təqdim edirəm".
Şeyx Əbül Mahmudbəyovun sözlərinə görə, kino yaradıcılığı ilə bağlı istehsal olunan bütün filmlər ARKA-da müzakirə olunmalıdır:
"Azərbaycanda kino ilə bağlı nə varsa, hamısı kinostudiyada fəaliyyət göstərməlidir ki, ocağımız yansın, tüstümüz çıxsın. Söhbət peşəkar səviyyədən çəkilən filmlərdən gedir".
Xalq artisti teleserialların ARKA-ın nəzarətində olmadığını vurğulayıb:
"İstəyirik ki, teleseriallar bizə baxmasınlar. Azərbaycanda 20-dən yuxarı kino şirkəti var. Gəlsinlər, müraciət etsinlər ki, biz də onlara kinostudiyada yer verək, orada fəaliyyət göstərsinlər. Kinostudiyada olsunlar ki, bəlkə səviyyələri də yüksələ".
Aktyor şurada fəaliyyətinə görə, nəzərdə tutulan 10 min manat maaşına da aydınlıq gətirib:
"Bu, bir ay üçün nəzərdə tutulmayıb. Biz şuraya vaxt sərf edirik, müzakirlərdə iştirak edirik. Buna görə dövlət bizə məvacib verir. 12 ayın maaşıdır".
Xatırladaq ki, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) istehsal ediləcək film layihələri bədii və texniki qiymətləndiriləcək. Bunun üçün ARKA-ın nəzdində Bədii Şura yaradılıb. ARKA qeyd olunan şəxslərin hər birinə 9 800 manat ödəniş edəcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq





