Şou-biznes

Vüsalə Səidə yeni vəzifə verildi

20 Fevral 2025 12:00
Baxış: 1 785
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tanınmış teleaparıcı yeni vəzifəyə təyin olunub.

Milli.Az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat verib.

Məlumata görə, Vüsalə Səid "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio verilişləri" QSC-nin Xəbərlər departamentinin rəhbəri təyin olunub.

Qeyd edək ki, V.Səid bir müddət əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində ictimaiyyətlə əlaqələr üzrə menecer vəzifəsindən ayrılıb.

O, uzun müddət AzTV və İTV-də fəaliyyət göstərib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.