“Nənə və babalar bütün günü “TikTok”dadır”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Mən qalmaqalsız müğənnilərdənəm. Xoşlamıram bu kimi məsələləri, çünki təbiətim budur".
Milli.Az xəbər verir ki, bu sözləri müğənni İzzət Bağırov "Künc-bucaq" verilişinə müsahibəsində deyib.
Sənətçi bildirib ki, bir sıra məşhurlar sənətləri ilə deyil qalmaqalları ilə gündəmə gəlirlər:
"Mənim özüm üçün də maraqlıdır. Hərdən özümə sual verirəm ki, görəsən niyə filan müğənni oxumağı, klipi, gördüyü layihələri ilə deyil, davası, qırığını, sataşması, söz atmağı, geyimi ilə gündəmə gəlir. Baxıb görürsən ki, həmin o bəzi müğənnilər "TikTok"da və hər hansı başqa sosial şəbəkədə canlı yayım açır və ona yüz minlərlə insan baxır. Orada 99 faiz insan onu orada təhqir edir, ağzına gələn söyüşləri söyür, alçaldır amma yenə də oradadır. Əgər sən onu söyürsənsə, bəyənmirsənsə, xoşuna gəlmirsə, buna qıcığın varsa və əsəbin varsa niyə onun səhifəsinə və ya canlısına daxil olursan?"
Bir çox ailələrdə sosial şəbəkəyə olan marağın artmasından söz açan Bağırov bu halın xoş təəssürat yaratmadığını bildirib:
"Bu gün görürsən ki, əlində təsbeh tutub zikr etməli və nəvələri ilə oynamalı olan ağbirçək bir nənə bütün günü "TikTok"dadır. Baba, nənə, ata, ana, övlad, məktəbli, tələbə hətta körpə uşaq da "TikTok"dadır. Körpənin də başını qatmaq üçün telefonu əlinə veriblər. Bütün ailə "TikTok"dadır. Hamı da onlarınm səhifələrinə daxil olur. Çünki onlara onlar maraqlıdır. O da baxıb görür ki, yaşından fərqi olmayraq bütün nəslin nümayəndələri onun izləyicisidir... Sonra deyirik ki, bu niyə belə oldu? O özü heç nə eləmədi ki... Onu kim qaldırıb, yüksəltdi, ucaltdı? Biz yəni camaat elədi də..." (olay)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq





