Şou-biznes

"O üzdəniraq fiqurlar, personajlar şou yox, özlərini göstərirlər” - VİDEO

23 Yanvar 2025 04:04
Baxış: 1 545
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Xalq artisti Faiq Ağayev bayağı müğənnilər haqda etdiyi açıqlamalarla diqqət çəkib.

Milli.Az bildirir ki, "Xəbərin var?" verilişində qonaq olan müğənni bayağı ifaçılar üçün yeni ad da düşünüb:

"Pop musiqi janrında vəziyyət çox əladır. Gülüstandır. Laləzarlıqdır. Mənim həmkarlarım gözəl-gözəl mahnılar və kliplər çıxardır. Qalmaqallarda iştirak etmirik. Bizim üstümüzə gələn söz-söhbətlərin səbəbkarı biz deyilik. Bizim janrımızdan uzaq olan insanlardır. Onlar da nədənsə özlərini bu şou biznesin bir hissəsi sayırlar. Şou biznes tamaşadır. Şou göstəridir. Şou biznes tamaşa ilə pul qazanmaqdırsa, o üzdəniraq fiqurlar, personajlar şou göstərmir axı. Onlar yalnız özlərini göstərir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.