Şou-biznes

Ebru Gündeşin keçmiş əri Rza Zərrab Mayamidə özünə 3 gün 3 gecə toy etdi - FOTO

18 Yanvar 2025 23:00
Baxış: 755
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur türkiyəli müğənni Ebru Gündeşin keçmiş əri Rza Zərrab şirkətdə rəhbər assistenti işləyən Dilara Altıntop ilə Mayamidə evlənib.

Xatırladaq ki, ABŞ-də yaşayan Rza Zərrab 2021-ci ildə Ebru Gündeş ilə 11 illik evliliyinə son qoyub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Türkiyədən İbrahim Tatlıses, Derya Tuna və Demet Akalın kimi çox sayda məşhurun qatıldığı 150 nəfərlik toy mərasimi üç gün davam edib.

Rza Zərrab və Dilarə Altıntopun üç gün davam edən toyundan ilk fotolar da dərc edilib.

Qeyd edək ki, Dilara Altıntop ABŞ-nin Boston Universitetində hüquq assistenti proqramını bitirib. Daha əvvəl "Fənərbağça" klubunda peşəkar üzgüçü kimi çıxış edib. Eyni zamanda, Türkiyə milli üzgüçülük komandasının keçmiş üzvüdür və bu sahədə karyerasını davam etdirmək üçün əvvəlcə İstanbula, daha sonra təhsil və karyera imkanlarını dəyərləndirmək üçün ABŞ-yə köçüb.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.