Aliment problemi ilə bağlı yenilik: Vəsait necə müəyyən ediləcək?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ali Məhkəmə Plenumunun 2024-cü il 20 dekabr tarixli qərarı ilə ailə münasibətləri ilə bağlı bəzi qərarlara əlavə və dəyişikliklər edilib. Bu dəyişiklikləri Ali Məhkəmənin Mülki Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Sənan Hacıyev şərh edib. O qeyd edib ki, burada ümumi məqsəd ədalət mühakiməsinin səmərəliliyinin artırılması, vətəndaşların hüquq və azadlıqlarının daha effektiv müdafiəsi, uşaqların üstün mənafelərinin qorunması, habelə ayrı-ayrı kateqoriya işlərə baxılması üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsidir.
Məlumdur ki, boşanmalar zamanı ən böyük çəkişmələr məhz aliment və uşaqların valideyni ilə ünsiyyət məsələsində yaranır. Sözügedən dəyişikliklər bu kimi məhkəmə çəkişmələrini xüsusən də, aliment mübahisələrində məhkəmələrin iş yükünü azaldır və vətəndaşları yeni iddia qaldırmaqdan azad edir.
Bəs aliment və ünsiyyət problemi ilə bağlı mühüm yeniliklər nədir? Qərarı Vəkillər Kollegiyasının üzvü, vəkil Günay Cəfərli ilə müzakirə etdik.
Milli.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.
Aliment necə müəyyən ediləcək?
Vəkil "Kaspi" qəzetinə açıqlamasında bildirdi ki, Ali Məhkəmə Plenumunun məlum qərarı ilə olan dəyişiklikləri aliment məbləğinin müəyyən edilməsi və uşaqla ünsiyyət hüququ olaraq iki yerə bölə bilərik.
Ən çəkişməli, sosial şəbəkələrdə daim müzakirə olunan problem aliment məsələsidir. Vəkil deyir ki, aliment artıq minimum əməkhaqqının müəyyən misli ilə təyin ediləcək: "Məlum olduğu kimi nikah pozulan zaman birgə nikah zamanı doğulan uşaqların hansı valideynin yanında qalması və hansı valideyndən uşaqlar üçün aliment tutulması məsələsi məhkəmə tərəfindən həll edilməlidir. Yeni qaydalara qədər aliment müəyyən edilən zaman Ailə Məcəlləsinə uyğun olaraq, ya sabit pul məbləği şəklində, ya da aliment tələb olunan valideynin əməkhaqqının müəyyən misli məbləğində tutulurdu. Hazırkı qaydaya əsasən isə artıq sabit pul məbləğində aliment tutularkən onun məbləği konkret rəqəmlə, yəni, ölkə üzrə uşaqlar üçün nəzərdə tutulan yaşayış minimumu məbləği ilə deyil, minimum əməkhaqqının misli məbləğində müəyyən ediləcək".
Məhkəmə bir uşağa görə 240 manat aliment müəyyən etmək istəyirsə...
Məlumdur ki, hər il ölkə üzrə yaşayış minimumu haqqında qanun qəbul edilir, həmin qanunda da uşaqlar üçün yaşayış minimumu müəyyən edilirdi. Vəkil bildirir ki, məhkəmələr tərəfindən aliment sabit məbləğdə təyin edilən zaman həmin məbləğ nəzərə alınırdı: "Məsələn, 2024-cü ildə hər uşaq üçün yaşayış minimumu ölkə üzrə 235 manat müəyyən olunmuşdu, məhkəmələr aliment müəyyən edəndə həmin məbləği sabit pul şəklində təyin edirdilər. Ali Məhkəmə Plenumunun qeyd edilən qərarı ilə isə məhkəmə aliment məbləğini təyin edərkən minimum əmək haqqı məbləğinin misli ilə ifadə etməklə indeksasiya aparacaq. Məsələn, məhkəmə bir uşağa görə 240 manat aliment müəyyən etmək istəyirsə, onda aliment məbləğini 240 manat olaraq deyil, minimum əmək haqqı məbləğinin 0.6 misli məbləğində müəyyən edəcək. 2025-ci il üçün minimum əmək haqqı məbləği 400 manat təşkil etdiyindən, həmin məbləğin 0.6 misli 240 manat olacaq".
Minimum əməkhaqqı artdıqca...
Həmsöhbətimiz deyir ki, bu cür hesablamanın aparılması o baxımdan sərfəlidir ki, əvvəllər yaşayış minimumu artdıqca, hər il valideyn aliment məbləğinin artırılması üçün yenidən iddia qaldırmaq məcburiyyətində olurdu: "Artıq aliment məbləği yaşayış minimumuna görə yox, minimum əməkhaqqı məbləğinin artımına uyğun müvafiq hesablama ilə aparıldığına görə gələcəkdə bu cür iddianın qaldırılmasına ehtiyac qalmır. Hesablama zamanı ölkədə minimum əməkhaqqı məbləği artdıqca, aliment məbləği də müvafiq indeksasiya üzrə artacaq. Bu, uşaqların mənafeyinin qorunmasına, onların xərclərinin ölkədə minimum əməkhaqqı məbləğinin artırılmasına uyğun qarşılanmasına imkan verəcək".
Digər məsələ isə odur ki, Ailə Məcəlləsinin tələbinə görə, aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizindən çox olmayan məbləği uşağın adına açılmış bank hesabına köçürülə bilərdi: "Buradakı dəyişiklik ondan ibarətdir ki, artıq bu proses məhkəmədə yenidən iddia qaldırmaq əsasında deyil, icra qaydasında ərizə vermək yolu ilə öz həllini tapacaq".
Valideynlər öz öhdəliklərini biləcəklər
Yuxarıda da qeyd etdiyimiz kimi, ikinci mühüm dəyişiklik ünsiyyət hüququ ilə bağlıdır. Vəkil bildirir ki, valideyn əvvəllər ünsiyyət hüququnun əldə edilməsi üçün ayrıca iddia qaldırmalı idisə, yeni qaydaların tətbiqindən sonra buna ehtiyac qalmayacaq: "Himayəsinə uşaq verilməyən valideyn uşaqla görüşmək hüququna malikdir. Yeni qaydaların tətbiqindən sonra boşanma prosesində uşaqla ünsiyyət məsələsi də öz həllini tapacaq. Yeni bir iddianın qaldırılmasına, uzun-uzadı məhkəmə çəkişmələrinə ehtiyac qalmayacaq. Əvvəlki məhkəmə təcrübəsindən fərqli olaraq yeni qaydalar müəyyən edir ki, ünsiyyətlə bağlı vəzifələr icra məmurlarının üzərinə qoyulmayacaq. Valideynlər ünsiyyətlə bağlı münasibətlərdə öz öhdəliklərini biləcəklər və həmin qətnaməni könüllü şəkildə icra etməli olacaqlar. Əks təqdirdə məsuliyyət məsələsi ortaya çıxacaq. Məhkəmənin qətnaməsini icra etməyən, uşaqla ünsiyyət hüququna maneçilik törədən valideynlə bağlı məsuliyyət tədbirləri görüləcək".
Vəkil vurğulayır ki, uşaqla ünsiyyət hüququnun müəyyən olunmasından sonra ünsiyyətin vaxtı, yeri kimi məsələlər Mülki Prosessual Məcəllənin 231-ci maddəsinə əsasən, ərizə təqdim etmək yolu ilə həyata keçiriləcək və 10 iş günü müddətinə baxılacaq. Yəni, aylarla məhkəmə prosesi, xərclər, mediasiya, vaxt itkisinə ehtiyac olmayacaq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Hava kəskin dəyişəcək: Temperatur 7 dərəcəyədək enəcək - 5 gün
-
Bakının iki rayonunda gecə saatlarında işıq kəsiləcək
-
Köhnə maşınların dövrü bitir? - DYP-dən rəsmi açıqlama
-
Yasamalda torpaq qiyməti 1 milyona yaxınlaşır: Bahalaşmanın səbəbi nələrdir? - (Foto)
-
Qara Qarayev prospektində reyd: Keçid olduğu halda həyatını riskə atanlar saxlanıldı
-
"Müəllimin görünüşü də şagird üçün bir dərsdir"
XƏBƏR LENTİ
-
"Qarabağ"ın qapıçısı Portuqaliya klubu ilə anlaşdı
-
İsrail və Hizbullah atəşkəs barədə razılığa gəldi
-
Aydın Süleymanlıdan Maqnus Karlsen üzərində sensasiyalı qələbə - (Foto-Video)
-
Seda Sayan Əlibaba Məmmədovun təsnifini oxudu - (Video)
-
Vyetnama səfər edənlər üçün vacib yenilik: Elektron qeydiyyat tələb olunur
-
Baş nazirdən Neftçala ilə bağlı yeni qərar: GES tikintisi müddəti 1 il uzadıldı
-
Elza əsəbiləşib bacısının üstünə qışqırdı - (Video)
-
Avroviziya təmsilçimiz son anda qəzadan xilas olduğu anı paylaşdı - (Video)
-
Hava kəskin dəyişəcək: Temperatur 7 dərəcəyədək enəcək - 5 gün
-
Xəzər rayonunda açıq ərazidəki yanğın söndürüldü - Yenilənib - (Video)
-
Ecenin ölümü ilə bağlı yeni detal: Aktrisa meymun dişləməsindən vəfat edib?
-
Bakının iki rayonunda gecə saatlarında işıq kəsiləcək
-
İlqar Xəyal: "Bacımın toyunda oxumağa qoymadı" - (Video)
-
Yumurta niyə ucuzlaşıb? - Şirkətdən Açıqlama
-
Köhnə maşınların dövrü bitir? - DYP-dən rəsmi açıqlama
-
Azərbaycan “Metrik Konvensiya”ya qoşulur
-
Ağ Evdən Livan açıqlaması: Atışmalar azalsa da, gərginlik hər an yenidən başlaya bilər
-
Yasamalda torpaq qiyməti 1 milyona yaxınlaşır: Bahalaşmanın səbəbi nələrdir? - (Foto)
-
Ceyhun Qala xanım həmkarına əsəbiləşib efirdən getdi - (Video)
-
Qara Qarayev prospektində reyd: Keçid olduğu halda həyatını riskə atanlar saxlanıldı
-
Putin Təhlükəsizlik Şurasını çağırdı - Sergey Lavrov məruzə ilə çıxış etdi
-
"Müəllimin görünüşü də şagird üçün bir dərsdir"
-
Sinoptiklər xəbərdarlıq etdi: İyunun 20-dən külək güclənəcək
-
Qızının yazdığı məktub müğənni Ramalı ağlatdı - (Video)





