Məşhur türk aktyor Şener Şenin dublyoru Hasan Demircan vəfat edib.
Milli.Az xəbər verir ki, Hasan Demircanın vəfatı ailəsi tərəfindən sosial media hesabında elan edilib.
Hasan Demircan, orqan çatışmazlığı səbəbilə iki aydır reanimasiya şöbəsində müalicə alırdı.
Hasan Demircan ilə Şener Şen-in yolları 1996-cı ildə çəkilən "Eşkıya" filmi ilə kəsişmişdi. Daha sonra Demircan, "Gönül Yarası", "Kabadayı" və "Av Mevsimi" filmlərində Şener Şen-in dublyoru olaraq fəaliyyət göstərmişdi.
Hasan Demircanın cənazəsi bazar günü dəfn ediləcək.
Lalə Qüdrətova
Milli.Az