Şou-biznes

Azərbaycan dilində danışa bilməyən müğənni bu dəfə mükafatın adını səhv YAZDI – FOTO

18 Yanvar 2025 18:49
Baxış: 1 245
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu il "Altın Kələbək" mükafatına layiq görülən azərbaycanlı müğənni Rilaya Hüseynzadə sosial şəbəkədə etdiyi paylaşımda mükafatın adını səhv yazıb.

Milli.Az xəbər verir ki, müğənni İnstaqram hesabında mükafatlandırılma gecəsindən foto paylaşıb.

O, paylaşımda "Altın Kələbək" yerinə "altın kəpək" yazıb.

Mükafatlandırma mərasimində geyindiyi libası paylaşan ifaçı "Altın Kəpəkdə tədbirində don mənə uğur gətirdi" qeydini yazıb.

Xatırladaq ki, bundan öncə də "Altın Kələbək" mükafatlandırma mərasimində çıxış edən Rilaya Hüseynzadənin Azərbaycan dilində danışmaqda çətinlik çəkməsi sosial şəbəkələrdə tənqid edilmişdi. /Bizim.Media

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.