ABŞ-nin Kolorado ştatında tükürpərdici hadisə baş verib.
Milli.Az xarici mediaya istinadla xəbər verir ki, üç uşaq anası Monika Lonq ad günü şənliyinə hazırlaşarkən 3 və 2 yaşlı oğlanlarını bir neçə dəqiqə tək buraxıb. Geri qayıtdıqda isə onları bədənlərinə, üzlərinə və xalçaya qəribə bir ağ toz sürtərkən görüb. Əvvəlcə bunun kir olduğunu düşünüb, lakin bir neçə gün sonra mərhum atasının küllərinin saxlandığı qabın boş olduğunu görüb.
"Onu xalçanın hər tərəfinə atıblar və mən bilmədən külləri tozsoranla çəkmişəm" - deyə şok içində bildirib.
Ana uşaqlarının təkcə küllərlə oynamadığını, həm də onları yemiş ola biləcəyini fərz edib:
"Onlardan birinin ağzında kül qalıqları var idi " .
Xoşbəxtlikdən, mərhum babalarının bütün külləri evdə olmayıb. Qalan qalıqlar Texasdakı veteranlar qəbiristanlığında dəfn edilib.
Fidan
Milli.Az