Şou-biznes

"Survivor"da qorxulu anlar: Bir anda köpəkbalıqlarının MÜHASİRƏSİNƏ DÜŞDÜ - FOTO

18 Yanvar 2025 16:43
Baxış: 612
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə populyar verilişlərdən olan "Survivor" yarışının yeni bölümündə qorxu dolu anlar yaşanıb. Belə ki, iştirakçı Adem Kılıçcı bir anda özünü köpəkbalıqlarının əhatəsində görüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə onun özü danışıb.

Məlum olur ki, aclıqla mübarizə aparan Adem oyun şərtlərinə uyğun bir köpəkbalığının arxasınca düşüb, ancaq ov etmək istəyərkən şikar olmaq təhlükəsi ilə üzləşib - bir anda beş-altı köpək balığı tərəfindən əhatələnib.

"İlk dəfə suyun içində bir köpəkbalığının mənə tərəf gəldiyini hiss etdim. Həm qorxdum, həm də acmışdım. Bir az qorxu, bir az cəsarət, ikisi qarışıq bir şey oldu..." - deyə o, hisslərini bölüşüb.

Adem toru atacağı təqdirdə köpəkbalığının onu torla birlikdə sürükləyəcəyindən çəkindiyini bildirib.

"Ömrümdə ilk dəfə köpəkbalıqları ilə bu qədər yaxın bir təcrübə yaşadım. Adrenalinin zirvədə olduğu dəqiqələr idi", - deyə olanlar barədə danışıb.

O, buna baxmayaraq, toru atmağı və yoldaşlarının köməyi ilə balığı tutmağı düşündüyünü bildirib. Ancaq Ademin tərəddüddə olduğu müddətdə köpəkbalıqları üzüb gediblər, iştirakçı ovsuz qayıdıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.