Şou-biznes

"Yeni maşınımın şüşəsi çat-çat oldu"

14 Yanvar 2025 08:39
Baxış: 1 363
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Gülay Zeynallı başına gələn hadisəni danışıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Afaqla onlar" verilişinə qatılan sənətçi nəzərə gəldiyini deyib:

"Allah hamını gözdən, nəzərdən uzaq etsin. Çox pisdir. Tez nəzərə gələn insanam. Dəfələrlə olub ki, bunu hiss etmişəm. Bəzən tədbirdə o qədər tərif eşitmişəm ki... Evə gəlib çay süzəndə stəkan iki yerə bölünüb. Hətta bir verilişdə o qədər yaxşı söz dedilər ki... Sonra da qayıtdılar ki, Gülay yeni avtomobil alıb. Yolda avtomobili idarə edəndə bir anda şüşəsi şimşək kimi çat verə-verə getdi. Şüşə çat-çat oldu". (axşam.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.