"Zəng edib dedi ki, yuxuda görmüşəm, çox kədərli idi"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dizayner Aynur Xəlilovanın yutubda yayımlanan "Hərşeyşünas" podkastının növbəti qonağı Əməkdar mədəniyyət işçisi Rahib Azəri olub.
Milli.Az xəbər verir ki, görkəmli cazmen Vaqif Mustafazadə ilə xatirəsini bölüşən aparıcı kövrək anlar yaşayıb:
"Mən hər il Vaqifin anadan olduğu və vəfat etdiyi tarixi qeyd edirəm. Eləcə də Rafiq Babayevi, Tofiq Quliyevi bunu özümə borc bilirəm. ANS-də işlədiyim zamanlarda bir hadisə baş verdi. Dekabrın 16-sı Vaqifin vəfat etdiyi gün idi, mən də verilişi ona həsr etmişdim və bizim çox dəyərli dostumuz hazırda o Muğam Mərkəzində işləyir Lalə xanım mənə zəng etdi. Zəng edib dedi ki, gecə yuxuda Vaqifi görmüşəm (kövrəlir) çox kədərli idi, kənardan sənin səsin gəlirdi radiodan və Vaqif gileyləndi ki, bir dənə o yada salır məni yəni mən... və dedi ki, mənim təşəkkürümü bildir ona. Beləcə Lalə xanım gördüyü bu yuxunu mənə danışdı. Onda da hazırda olduğu kimi çox kövrəldim. Bu hadisənin üstündən 3 ay keçir mart ayının 16-sıdır və efiri bitirdim məni çağırdılar ki, sənə zəng gəlib Lalə xanımdır. Dedim nolub ay Lalə? Görürəm qızın səsi birtəhərdir. Deyir inanırsız mən Vaqifi yuxuda gördüm yenə və mənə gülə-gülə dedi ki, mənim təşəkkürümü çatdırdın ona. Bundan sonra gəl mistikaya inanma da. Bir aparıcı kimi mən özümə bunu borc bilirəm ki, bu cür insanları yada salmışam, bunu özümün tarixi missiyam hesab edirəm(kövrəlir). Yaşa dolduqca adam kövrəkləşir..."
Aynurun "Kimdi Azərbaycan elitası?" sualına Rahib Azəri özünəxas cavab verib:
"10 il Bakı Caz Festivallarının aparıcısı olmuşam. Mən kimləri görmüşəm səhnədə, kimlərlə bir səhnədə dayanmamışam. Bir dəfə Sevda Ələkbərzadə ifa edəsi idi, səhnəyə çıxmamışdan öncə mən xahiş edim daha sonra Sevda özü də müraciət etdi ki, o çəngəl, bıçağın səsinə bir qədər diqqət edin. İnsanın fikrini yayındırır. Ona görə bəziləri caza kübar görünmək xatirinə qulaq asmağa gəlirdilər. Kübarlıqla bağlı mənim bir aforizmim var: " Toylarda geyilən əlbisələrin uzunluğu kübarlıqdan xəbər verən əsas xüsusiyyətdir." Toyda kübar cəmiyyətin geyindiyi əlbisəni geyinən adam elə bilir ki, kübardır. Baxırsan ki, vay vay... Bəzən kübar bildiyimiz adamlardan elə davranış görürük ki, deyirsən mən bunu normal adam bilirdim."
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq





