Şou-biznes

Elza Rozayla qalmaqalından danışdı: "Əllərim öpülməlidir"

17 Dekabr 2024 21:49
Baxış: 513
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, Roza Zərgərli sosial şəbəkədə Elza Seyidcahanın ünvanına nalayiq ifadələr işlədərək onu təhqir edib. Bu səbəbdən Elza Seyidcahan Roza Zərgərlini məhkəməyə verib.

Milli.Az xəbər verir ki, Elza Seyidcahan davam edən məhkəmə prosesi zamanı "YouTube"da yayımlanan "Künc - Bucaq" verilişinə qonaq olub. Sənətçi qalmaqal yaşadığı həmkarı Roza Zərgərli ilə məhkəmə işindən söz açıb:

"Qərara gəlmişəm ki, kim mənim şərəf və layəqətimə toxunsa onlar mənə məhkəmədə cavab verməli olacaq. Ona görə də iş məhkəmədədir. Artıq cinayət işi açılıb. Təqsirləndirən şəxs qeydə alınıb. Bu haqda danışmıram. Vəkillər danışırlar".

Jurnalistin "Siz qarşı tərəfə demisiniz ki, mənim əlimi öpsün?" sualına Elza belə reaksiya verib: 

"Mənim əlim hər murdar dodaq üçün deyil. Bu əlim hər adama uzanmaz. Əllərim öpülməlidir. Mənim əllərim elə-belə əllər deyil. Bu əllər hər dodaq üçün deyil. Kim bu əli öpərsə şəfa tapar".

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.