Şou-biznes

"Həmin hadisədən sonra Telli ilə münasibəti kəsdim"

15 Dekabr 2024 19:24
Baxış: 681
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aşıq Zülfiyyə İbadova qalmaqal yaşadığı həmkarı Telli Borçalıdan danışıb.

Milli.Az xəbər verir ki, bu haqda aşıq "Bir gün" verilişində deyib. O bildirib ki, həmin qalmaqaldan sonra Telli ilə münasibəti kəsib:

"Həmin hadisədən sonra münasibətə son qoydum. Nə görüşmədik, nə qarşılaşmadıq. Mənim günahım olarsa, balaca uşaqdan da üzr istəyərəm. Ətrafındakı adamlar onu başa salmalı idi. Amma kimlərinsə xoşuna gəlib onu qızışdırmağa. Mən də bir söz eşitdim, ona zəng vurub soruşdum ki, belə şey demisən? Qayıtdı ki, yox. Amma indi düşünürəm ki, bəlkə də elə deyib".

Qeyd edək ki, Zülfiyyə daha əvvəl açıqlamasında sahibi olduğu restorandan danışaraq "Aşıq Telliyə sazımı etibar etmərəm. Həmişə gəlir bizim restorana yeyir, sonra da sazını unudub gedir. Zəng edir ki, sazım orada qalıb" deyə, bildirib. Bu söz Tellinin xoşuna gəlməmiş və onlar arasında mübahisə düşmüşdü.  /Axşam.az 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.