"Ayda 5000 manat maaş alırdım"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müğənni Samir Piriyev və xanımı, jurnalist Anara Piriyeva "YouTube"da yayımlanan "AStar" layihəsinin qonağı olublar.
Milli.Az bildirir ki, sənətçinin xanımı bildirib ki, Samir həmkarlarından fərqli olaraq efirə çıxmaq üçün heç zaman pul xərcləməyib.
"Mən ATV-də jurnalist işlədiyim vaxtlar bu kişini (həyat yoldaşı Samir Piriyevi nəzərdə tutur - red.) müsahibəyə toyların əlindən çağıra bilmirdim. Deyirdi ki, toydayam, müsahibə verməyə vaxtım yoxdur. Samir hər gün efirdə olurdu. Maqazin formatında olan verilişi Samir ciddiyə almırdı. Mən televiziyada jurnalist işlədiyim dövrlərdə müğənnilərin çoxu efirə pul verib çıxırdı. Çünki o zamanlar belə idi. Samir bəlkə də yeganə müğənnilərdən idi ki, kanal ona pul verirdi (gülür). O isə yox... Müğənnilər maqazin verilişinə çıxmaq üçün bizə zəng edirdilər və az qala qapımızda yatırdılar. Amma Samirin heç zaman ürəyi efir üçün getməyib. Samir efir üçün "yanan" müğənnilərdən olmayıb", - deyə A. Piriyeva vurğulayıb.
Bu anda söhbətə S.Piriyev müdaxilə edərək illər əvvəl çalışdığı "Azad Azərbaycan" (ATV) televiziyasından hər ay yüksək məbləğdə məvacib aldığını söyləyib:
"ATV kanalında Xalq artisti Aygün Kazımovanın "Xeyir ola?" verilişini birgə aparırdım. Hər ay 5000 manat maaş alırdım. Günlərin bir günü Elçin Əlibəyli dedi ki, camaat bizə yalvarır ki, pul verək efirə çıxaq sən isə bu qədər maaş alırsan. Məndə cavab olaraq dedim ki, istəmirsiniz mən gedirəm. Söylədi ki, hara gedirsən... O zaman bu qədər maaşı hər adam almırdı. Mən o vaxtı toya elə 5000 manata gedirdim. ATV-də hər ay bir toyun pulunu alırdım. Hər gün də efirdə idim". /Olay.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Maşın da yumuşam, təkər də qaraltmışam, "bakkuş" da satmışam - Aktyor Səmimi Fərhadla müsahibə
-
Bu xəbərlər Samiri depressiyaya salıb
-
Təyyar Bayramovun yubileyidir - (Video)
-
“Boş evdə tək oturub ağlayıram” - Cennifer Lopez
-
Mircəlal Qurbanovu anasının 70 illiyinə Xalq artistləri gəldi - (Foto)
-
Aslı Enver Türkiyəni tərk edir
XƏBƏR LENTİ
-
Müddəti bitən kredit kartlarını qayçı ilə kəsib atanlara xəbərdarlıq
-
Maşın da yumuşam, təkər də qaraltmışam, "bakkuş" da satmışam - Aktyor Səmimi Fərhadla müsahibə
-
Bu xəbərlər Samiri depressiyaya salıb
-
Qızılın qiyməti yenidən ucuzlaşdı - (Video)
-
Günün qoroskopu: Heç kəsə görə özünüzü dəyişməyin
-
Hər dəfə saata baxanda niyə eyni rəqəmləri görürük? - açıqlama
-
AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
"Barselona"nın ulduzu PSJ və "Real"a qarşı oyunları buraxacaq
-
Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər
-
Təyyar Bayramovun yubileyidir - (Video)
-
Yasamalda yeni yol və tunel inşa ediləcək - evlər söküləcək - (Video)
-
“Boş evdə tək oturub ağlayıram” - Cennifer Lopez
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
-
Mircəlal Qurbanovu anasının 70 illiyinə Xalq artistləri gəldi - (Foto)
-
Daşınmaz əmlak bazarında yeni qiymət artımı - (Video)
-
İcra başçısı məmuru danladı: "Camaatın ağzından vurmayın" - (Video)
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var - Yenilənib
-
“Birliyin Gücü - 2026" hərbi təlimində kiberəməliyyat fəaliyyətləri uğurla icra edilib - (Foto/Video)
-
Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı
-
Suraxanıda su olmayacaq
-
Aslı Enver Türkiyəni tərk edir
-
Qaradağın yeni icra başçısının dosyesi
-
Rusiyada pirotexnika zavodunda ölənlərin sayı 10-a çatıb
-
Bəxtiyar Əsgərov vəzifəsindən azad edilib





